Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Mədəniyyət va incəsənət xadimlərinə dövlət qayğısı

Mədəniyyət va incəsənət xadimlərinə dövlət qayğısı

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı, özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə dünya miqyasında tanınıb və ona maraq artıb. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. İllər uzunu yaradılan sənət nümunələri bu gün dünyanın müxtəlif ölkələrində nümyiş etdirilir. Dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Belə ki, Londonun, Parisin, Vaşinqtonun, Vyananın, Romanın, Berlinin, İstambulun və başqa ölkələrin zəngin muzeylərində mədəniyyət nümunələri qorunub saxlanılır. Klassiklərimizin və müasirlərimizin yaratdıqları nümunələr dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. Bu gün Azərbaycan mədəniyyəti qədim kökləri üzərində inkişaf edir və dünyaya inteqrasiya olunur. Xalqımızın tarixi qədər qədim və zəngin olan Azərbaycan mədəniyyəti xalqın yüksək mədəni irsə malik olmasını sübut edir. Bütün bu nümunələrin tanınmasında və təbliğində Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin rolu və imzası var. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər buna nail ola bilsəm ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam" - deyən Heydər Əliyev Azərbaycanın işıqlı gələcəyinin təminatçısı oldu. Heydər Əliyev Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, ilk Konstitusiyasının, Avropa Şurasının tamhüquqlu üzv qəbul olunmasının təşkilatçısı oldu. Azərbaycanın nadir abidələrinin bu gün YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilməsi, ümumiyyətlə, müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi əl işlərinin və toxuduğu xalçaların dünyanın məşhur muzeylərində mühafizə olunması milli-mənəvi dəyərlərimizə verilən qiymətdir. Həqiqətən də belə bir sənətin yaradıcısı olan Azərbaycan mədəniyyəti dünyaya vəsiqə alıb.

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN YÜKSƏLİŞ DÖVRÜ

Məlumdur ki, mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Qədim zəngin maddi və mənəvi mədəniyyətə malik xalqımız məhz Ümummilli Liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı kimi tarixə iz saldı. Görülən işlərin məntiqi oaraq belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycan mədəniyyətinin Heydər Əliyev qədər əsl himayədarı, böyük qayğıkeşi olmayıb. Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçib. Bu yüksəliş dövründə mədəniyyət və incəsənətimizin aparıcı simalarına göstərilən qayğı da diqqəti çəkən məqamlardandır. Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Heydər Əliyev görkəmli bəstəkarların, rəssamların, kino və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə xüsusi önəm yetirirdi. Heydər Əliyevin mədəniyyətimizə qarşı həssas münasibətinin nəticəsidir ki, O, müasirliyin klassika üzərində inkişafına önəm verirdi. Bu gün Azərbaycanın müxtəlif məkanlarında tanınmış sənət xadimlərinin şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların ev-muzeylərinin fəaliyyət göstərməsi də məhz Onun mədəniyyət siyasətinin məntiqidir.

APARICI İNCƏSƏNƏT XADİMLƏRİNƏ DAVAMLI DÖVLƏT QAYĞISI

Bu gün Azərbaycan mədəniyyəti ənənələri üzərində inkişaf mərhələsini keçərək yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahəsinə dair imzaladığı Fərman və Sərəncamlar milli mədəniyyətimizin dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət məkanına uğurla inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində müəyyən nəticələrə nail olunur. Dövlət başçısının mədəniyyət siyasəti nəticəsində əldə olunan uğurların miqyası geniş və əhatəlidir. Mədəniyyət cəmiyyətin müasir inkişaf səviyyəsi, insanın yaratdığı, nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərin məcmusu olduğundan, bu sahədə görülən işlərin mahiyyəti də bəllidir. Müstəqil Azərbaycanın mədəniyyət siyasətində islami dəyərlərə yeni prizmadan baxış kimi meyillər ictimai düşüncənin formalaşmasında əhəmiyyətli rol oynayır.

Bu sahənin inkişafında xidmətləri olan sənət xadimlərinə ayrılan diqqətdə qeyd olunmalıdır. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq, bu günlərdə Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətləri olan bir neçə sənət xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, eləcə də "İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002 ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib. Uzun illər sənətdə olan və həyatlarını mədəniyyət və incəsənətin inkişafına həsr edən insanlara bu şəkildə yanaşma dövlətin sənətkarlara olan diqqət və qayğısının daha bir göstəricisidir.

XALQIMIZIN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİ ONUN VİZİT KARTI

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət və mədəniyyətə göstərdiyi qayğı xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliğinə istiqamətlənib. Belə ki, mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilməsin. Teatr, kino, musiqi, milli-mənəvi dəyərlərimizin digər sahələrini əhatə edən uzunmüddətli proqramlar bu sahələrin yenidən qurulmasına imkan yaradır, ayrılan dövlət vəsaitləri hesabına mədəniyyətin maddi-texniki bazası möhkəmləndirilir. Təkcə paytaxtda deyil, regionlarda da mədəniyyət müəssisələrinin təmirinə diqqət artırılıb. Paytaxtımızda, region mərkəzlərində teatrlarımızın binası təmir olunub, müasir üslubda yenidənqurma işləri aparılıb. Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Milli Akademik Dram Teatrı əsaslı təmirdən sonra yenidən öz qapılarını tamaşaçıların üzünə açıb. Kino yaradıcılığı sahəsində yeni proqram reallaşdırılıb. Filmlərimizin qorunub saxlanıldığı Dövlət Film Fondu üçün yeni binanın tikilməsi və onun müasir avadanlıqlarla təmin olunması mənəvi sərvətimiz olan filmlərimizin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsində əhəmiyyətli rol oynayır. Bu gün ölkəmizin ən iri kinoteatrından olan Bakıdakı Nizami adına kinoteatr Avropa standartları səviyyəsindədir.

SƏNƏT ABİDƏLƏRİ ORİJİNAL MEMARLIQ ÜSLUBUNDA

Musiqi sahəsində nailiyyətlər daha çox və ürəkaçandır. Xüsusilə, Azərbaycan muğamının dünyada təbliği, ölkəmizdə muğamın inkişafına göstərilən qayğı bunu deməyə əsas verir. Bu günlərdə, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri" siyahısına salınıb.

Muzeylərimiz, kitabxanalarımız yenidən qurulur. M.F.Axundov adına Milli Kitabxananın fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, elektron kataloqların yaradılması, mərkəzləşmiş kitabxana sistemlərinin müasir tələblərə uyğunlaşdırılması, onların latın qrafikalı əlifba ilə çap olunmuş əsərlərlə komplektləşdirilməsi işi sürətləndirilib. Digər kitabxanalarda da bu proseslər həyata keçirilməkdədir.

Bu gün regionlarımızda yaradılan Heydər Əliyev muzeylərinə əhali xüsusi maraq göstərir. Bu muzeylərdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar gənc nəslin tərbiyəsində əhəmiyyətli rol oynayır. Muzeylərimiz yenidən təmir olunur. Dövlət İncəsənət Muzeyi, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Tarix Muzeyi tamamilə yeni üslubda təmir olunub, istifadəyə verilib. Azərbaycanda yeni üslubda olan orijinal Xalça Muzeyi üçün bina inşa edilib. Özünəməxsus üslubda inşa edilən bu muzey orijinal memarlıq üslubuna görə diqqəti cəlb edir.

Azərbaycan Respublikasında aparılan məqsədyönlü xarici siyasətin uğurları mədəniyyətimizin təbliğinə də geniş imkanlar yaratmışdır. Beynəlxalq festivallarda, konfrans və seminarlarda Azərbaycan incəsənəti nümunələri nümayiş olunur, eləcə də, belə tədbirlərdə incəsənət xadimləri iştirak edir, ölkəmizin mədəni nailiyyətlərini dünyaya tanıdırlar. Amerikada, Kanadada, Rusiyada, Fransada, Avstriyada, Almaniyada, İranda, Çində, Yaponiyada, Misirdə, Qətərdə, İordaniyada və digər ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri davamlı xarakter almışdır.

Son illər Azərbaycan İslam Konfransı Təşkilatı ilə mədəni əməkdaşlığı da genişləndirməkdədir. Azərbaycanda rəngarəng tədbirlər davam etdirilir. Bakıda təşkil edilən beynəlxalq konfrans, ayrı-ayrı tədbirlər islam həmrəyliyinə, mədəniyyətlərarası dialoqun inkişafına çox əhəmiyyətli töhfə idi. Bu, ölkəmizin mədəniyyət siyasətinin uğurlu nəticələrindən biri kimi yüksək qiymətləndirilir.

Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşdiyindən ölkənin mədəniyyəti hər iki tərəfin mədəniyyətinin elementlərini özündə birləşdirir. Ona görə də Azərbaycan mədəniyyətinin dünyada qəbul edilməsi, xüsusilə, Şərq və Qərb ölkələrinin bizim mədəniyyət və incəsənətimizə maraq göstərməsi təsadüfi deyil. Bu gün Azərbaycan mədəniyyəti dünyaya yüksək sürətlə inteqrasiya etməkdədir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, eləcə də, ayrı-ayrı ölkələr Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından maraqlanırlar.

Zümrüd BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:375
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 May 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri