Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olundu FOTOLAR
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dekabrın 26-da Mədəniyyət Nazirliyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli təltif olunanları təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənənin davam etdirilməsi yaradıcı insanların fəaliyyətinə böyük stimul verir.
Sonra Xalq artisti Tofiq Bakıxanova 1-ci dərəcəli “Əmək”, Xalq şairi Vahid Əzizə “Şərəf” ordenləri, rəssam-animator Gülşən Quliyevaya isə “Tərəqqi” medalı təqdim olunub.
Tədbirdə həmçinin tanınmış diplomat və tarixçi-alim Həsən Həsənova, Xalq artistləri Zamiq Əliyev, Şamil Süleymanov, Mənsum İbrahimov, Əməkdar artist Rita Əmirbəyova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sevil Kərimovaya yubileyləri münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri diplomları təqdim edilib.
Təltifə layiq görülənlər fəaliyyətlərinə yüksək qiymət verildiyinə görə minnətdarlıq ediblər.
Sonda xatirə fotosu çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 26 Dekabr 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















