Icma.az
close
up
RU
Mədəniyyət və İncəsənət Universiteti bağlanmalıdır! Şeyx Əbdül

Mədəniyyət və İncəsənət Universiteti bağlanmalıdır! Şeyx Əbdül

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Son günlərdə ölkəmizdə mədəniyyət sahəsində çalışan yaşlı və gənc nəsillər arasında müəyyən anlaşılmazlıqlar yaşanır. 

Belə ki, bu gün Akademik Milli Dram Teatrında Xalq artisti Əli Nurun iştirakı ilə baş verən qalmaqal, eyni zamanda gənc rejissor Əli Ucalın çəkdiyi filmin Əməkdar artist Mirzə Ağabəyli tərəfindən tənqidi səs-küyə səbəb olub.

Ancaq müşahidələr göstərir ki, bu anlaşılmazlıq bir neçə nəfəri yox ümumilikdə teatr və kino sahəsində olanları iki yerə bölüb.

Modern.az mövzu ilə bağlı Xalq artisti, kinorejissoru, ssenarist və aktyor Əbdül Mahmudovla həmsöhbət olub. 

“Mən Kino Agentliyindəyəm, (ARKA) bir nəfər material göndərib, 10 saatdır baxırıq, hələ də heç nə başa düşməmişik” – deyə o, söhbətə başlayıb. 

“Biz ARKA-da yığılmışıq ki, yavaş-yavaş hər kəsə həddini göstərək, bilsinlər ki, rejissor olmaq, kino çəkmək nədir. Bunların heç birini bilməyib, yerindən duran kino çəkmək istəyir. Hamısı da yalandan telefon alıb əlinə alabaşına-külbaşına nəsə çəkib gəlirlər ki, ARKA bizə pul ver. Deyəndə də inciyib, küsürlər. Bayaqdan 10 saatlıq materiala baxmışam. Biri film göndərib adını da qoyub “Hocaz”. O nə addır, başa düşə bilmirəm. Boş-boş materiallardır, ancaq deyir sağa get, sola get. Mən məcbur olub ARKA-da da, Cənab Prezidentin qarşısında da məsələ qaldıracam ki, artıq bu kimi şeylərə qayda-qanun, reqlament, ölçü-dəyər qoymaq lazımdır. Ondan sonra bilinsin kim film çəkə bilər, ssenari yaza bilər, hansı aktyor hansı rolda oynaya bilər və filmin məğzi, dramaturgiyası, süjet xətti, hadisələrin harada və necə cərəyan edəcəyi bəlli olar. Əks halda hamı əlinə bir telefon alıb, nəsə çəkib bizə göndərir ki, film çəkmişəm. Bu ARKA-ya qarşı, burada oturan peşəkarlara qarşı hörmətsizlikdir”. 

Şeyx Əbdül bildirib ki, şapalaqla üz qızardan dırnaqarası kinorejissorlar, kino çəkmək adı ilə kino sahəsinə bəla olanlara yerlərin göstərəndə gedib orada-burada demoqoqluq edirlər, arxamızca ünvanımıza sözlər deyirlər: 

“Bu gün Azərbaycana təbliğat, ideologiya lazımdır. Biz dünyaya açılmalıyıq. Dünyaya da açılmanın yeganə sərhəddi kinodur. Yerindən də duran Qarabağdan tutur. Birinin materialına imtina gələn kimi, başlayır ağzına gələni yazmağa. Siz də elə olanda birbaşa bizə müraciət edin ki, onları ifşa edək, bilsinlər həmin materiallar nəyə görə bəyənilmir. Hamısı da pul istəyir. Düz 41 ildir Heydər Əliyevin sifarişi ilə “Şah İsmayıl” filminin senarisini yazmışam, 30 ilimi “Ağa Məhəmməd Şah Qacar” filminə qurban vermişəm. Mən pul yoxdur, lazımi təchizat və təminat yoxdur deyə gözləyirəm. Bunlar deyir ki, pul yoxdur film yarımçıq qalır. Onda çəkmə!”. 

Xalq artisti kino sahəsinə kadr hazırlayan Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti haqqında da danışıb:

“Gülməli universitet var, adını qoyublar incəsənət. Bütün günü zurna-balaban çalmaqla məşğuldurlar. Oranı bitirmək rejissor, ssenarist olmaq demək deyil. Yüzlərlə gənc xarici universitetlər oxuyub, aspiranturaya qədər dərəcə alır onlardan da bir-ikisi kino çəkə bilir, rejissor olur. Kinonu diplom çəkmir, kinonu peşəkar sənətkar çəkir bunlar birinci sənəti öyrənsinlər ondan sonra deyərlər ki, kino çəkirik buna görə də bizə pul verin. Hər universiteti bitirən qoltuğuna bir ssenarini vurub dayısının, qaynının, bacanağının hesabına deyir ki, mən kino çəkirəm. Birinci onlar kinonun nə olduğunu mənə izah etsin sonra kino çəkər”. 

“Əvvəla Mədəniyyət və İncəsənət Universiteti Teatr-kino institutu olmalıdır. Qalan bütün fakültələri bağlansın, atılsın qırağa. Hələ bir görək o universitetin üstümə göndərdiyi tələbələr haradan öyrənib kino sənətin, hansı çəkiliş meydançasına gedib, ona hansı rejissor göstərib ki, kinonu belə çəkmək lazımdır. Praktika, təcrübə keçibmi, bizim üstümüzə göndərməzdən əvvəl özü hansı işi görüb? İşi 5-10 dəqiqəlik süjetdən hazırlayırlar”- deyə sonda Ə. Mahmudov bildirib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Aprel 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri