Mədəniyyət və İncəsənət Universiteti tələbələrin təqaüdlərini niyə GECİKDİRİR? Rəsmi AÇIQLAMA
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir aydan artıqdır ki, yeni tədris ili başlayıb. Lakin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (AMİU) tələbələri təqaüdlərini almayıblar.
Belə ki, birinci kurs tələbələrinə bank kartları verilsə də, təhsilalanlar tələbə təqaüdünün verilmədiyini bildiriblər.
Ümumiyyətlə, Azərbaycan universitetlərində tələbə təqaüdlərinin gecikdirilməsi halları vaxtaşırı baş verir. Bu dəfə isə gecikmə məhz birinci kurs tələbə təqaüdlərinin verilməsində olub.
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı sözügüdən ali təhsil müəssisəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qısa zamanda tələbə təqaüdləri veriləcək:
“Bütün universitetlərdə birinci kursda oxuyanların tələbə təqaüdlərinin verilməsi prosesi sənədlərin hazırlığı ilə bağlı vaxt tələb edir. Demək olar ki, bütün sənədlər hazırdır, bir neçə gün ərzində bu proses bitəcək və stipendiyalar veriləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 21 Oktyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















