Icma.az
close
up
RU
Mədəniyyətimizi mədə niyyəti”nə necə çevirdik?

Mədəniyyətimizi mədə niyyəti”nə necə çevirdik?

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Ölkələr öz mədəniyyətini qədim keçmişindən və bu keçmişin təmin etdiyi multikulturalizmdən alır. Bu multikulturalizmin təsirləri sosial həyatdan tutmuş iqtisadiyyata qədər bir çox sahələrdə özünü göstərir. Multikulturalizmin təsir etdiyi sahələrdən biri də qastronomiyadır. Yemək bir mədəniyyətdir və biz bu mədəniyyəti hər gün itiririk.

Tarixən bizim coğrafiyada yemək insanların qida ehtiyaclarını ödəmək demək deyil, mədəniyyətinin simvolu kimi xarakterizə edilib. Birlik, bütövlük, xoşbəxtlik, uzun-uzadı ailə söhbətlərinin olduğu böyük süfrələr, hazırlanma prosesi günlərlə çəkən, bütün qış boyu istehlak edilən bənzərsiz təamların olduğu zirzəmilər hamının gördüyü, şahid olduğu ənənədir. Bu ənənəni itirmək, daha o qış tədarükü zəhmətinə qatlaşmamaq, zəngin yemək mədəniyyəti yerinə əlüstü qidalanmaq dövrün aktual problemlərindəndir.

Gərgin iş rejiminin, stresin bizim orqanizmimizdə qoyduğu silinməz izlərdən biri də mədə xorasıdır. Səhərlər normal səhər yeməyi – yağ, pendir, qaymaq, yumurta, süd kimi qidalarla qidalanmaq əvəzinə iş yerinin bufetində bir parça ağ bulka və tünd kofe ilə qəlyanaltı edən insanlar çoxdur, elə deyil? Bu yazını oxuyan oxucu, bəlkə sən də elə qidalanırsan. İndi insanların əksəriyyəti günortalar çörək arası fast-foodla qidalanır, mənşəyi bilinməyən qazlı sular içir və bununla da mədə xorasını özləri dəvət edir.

Əsrimizin bəlasına çevrilən piylənmə də ətrafımızda kifayət qədər insanın problemidir. Hazır qidalar, zərərli vərdişlər nəticəsində orqanizmdə yağ miqdarının sürətlə artması bu xəstəliyin boy qaldırmasına imkan yaradır. Üstəlik, bir çoxumuz iş günlərində sağlam ev xörəkləri yerinə ayaqüstü qidalanmalı oluruq, kimimiz məcburiyyətdən, kimimiz könüllü. Ləzzətinə heyran olduğumuz fast-food yeməkləri daha sonra artıq çəki olaraq bədənimizdən sallananda peşman olsaq da gec olur. Arıqlamağa çalışırıq, amma pilləkan yerinə lift, piyada gəzmək yerinə maşına minməyin verdiyi komfort arıqlamaq istəyimizi anında boğur.

Ümumiyyətlə, qidalanmada su ehtiyacı çox vaxt unudulur. Halbuki, insan orqanizminin gün ərzində 2-3 litr ciy su içməyə ehtiyacı var. Səhər yuxudan duran kimi azı 200 qram su için. Yeməkdən 20 dəqiqə əvvəl, yeməkdən 1 saat sonra su içmək olar. Böyük şəhərlərdə yaşayan şəxslər birbaşa evə verilən sudan yox, filtrlərdən keçirilmiş və ya dükandan alınmış təbii sulardan istifadə etməlidirlər. Qaynanmış su ölü sudur, tərkibində xlor və ağır metallar var.

Xəstələnərkən qida qəbul etməyin. Xüsusilə, bizim milli mətbəximizə məxsus təamlar çox yağlı və daha çox ət tərkibli olduğu üçün həzm prosesi xəstə orqanizmi daha da yorur. Şüursuz saydığımız heyvanlar belə xəstələndikdə qida qəbul etmirlər. Orqanizm bütün qüvvələrini toplayıb xəstəliklə mübarizə edir, təmizləmə işi aparır bu vəziyyətdə onun enerjisini qidanı həzm etməyə xərclətmək doğru deyil.

Bütün qidalanma ekspertləri deyir ki, yalnız aclıq hiss edəndə yeyin. Tam doymamış yeməyi bitirmək lazımdır. Tez-tez acırsınızsa hər acanda əvvəlcə 1-2 stəkan su için. Yemək azı 20-30 dəqiqə ərzində yeyilməli, ümumi kütləsi 500 qramdan artıq olmamalıdır. Sürətlə yemək məsləhət deyil, qida ağız suyu ilə təmasdan sonra mədəyə getməlidir. Bütün yeməkləri ümumiyyətlə çox çeynəmək lazımdır. Unutmayın- mədənin dişləri yoxdur.

Sağlamlığın 3 ağ düşmənindən (şəkər və duzla birlikdə) biri də ağ çörək və ağ undur. Qara çörək istifadə edin, aşağı sort kəpəkli undan, çovdar çörəyi, daha yaxşı olar ki, mayasız bişirilən çörək olsun. Həmçinin, kofe, çay, şokalad, kakao, kolbasa, hisə verilmiş ətlər qəbul etməyin, onlar bədəndə yüksək dərəcədə sidik turşusu yaradırlar. Qızartma və yağlı yeməklərdən uzaq durun. Ətdən hazırlanmış kabab zərərli qidadır, tərəvəz və meyvə kababı isə xeyirli. Buxarda və suda bişən yeməklər daha faydalı hesab edilir.

Çalışın, yeməkləri qarışdırmayın. Bir neçə növ xörəyin və ya qida məhsulunun eyni vaxtda qəbul edilməsi həzmolmanı çətinləşdirir. Monoton qidalanma daha xeyirlidir. Hər meyvəni, tərəvəzi yalnız öz təbii mövsümündə qəbul edin. Emal sənayesi məhsullarının istifadəsini minumuma endirin. Qida təbii və təzə olmalıdır. Gündəlik qida həcminin azı üçdə ikisi çiy ərzaqlar olmalıdır. Yağlardan mümkün qədər az istifadə edin. Yadda saxlayın, yağlar həzmolmanı yubadır, mədə-bağırsaqda cürümə törədir. Xüsusilə, qızartma yeməklərdə yağlar çox zərərli olur. Yalnız təbii nehrə yağı, zeytun yağı və quyruq yağı istifadəsi zərərsizdir.

Orqanizmə vaxtaşırı istirahət verin, buna sanitar saatı deyilir. Yaxşı olar ki, həftədə, iki həftədə və ya heç olmasa ayda 1 gün tamamilə ac qalasınız. Bu vaxtda orqanizm özünü təmizləməklə məşğul olur və bütün toksinləri atır. Orqanizmə özünü yeniləmək üçün şans verin.

Ümumiyyətlə, qışın azuqəsini yaydan tədarük etmək daha faydalıdıır. Qışda, istixanalarda yetişdirilmiş pomidor, lobiya, badımcandan istifadə etmək yerinə, təbii günəş enerjisi ilə isti aylarda yetişdirilib konservləşdirilmiş tərəvəzlərə üstünlük verin. Bununla həm orqanizminizə, həm də ailə büdcənizə fayda vermiş olursunuz.

Unutmaq lazım deyil ki, canlılar yaşamaq üçün yeyir, yemək üçün yaşamır. Yemək mədəniyyətimizi mədəmizin yemək niyyətinə çevirdiyimiz zaman orqanizmimizə də pislik etmiş oluruq.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 May 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri