Icma.az
close
up
RU
Mədəniyyətimizi düşünərkən… ELDƏNİZ QULİYEV YAZIR

Mədəniyyətimizi düşünərkən… ELDƏNİZ QULİYEV YAZIR

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qəribədir… İndiyəcən Azərbaycanın milli mədəniyyət konsepsiyası olmayıb və təəssüf ki, bu, bir həqiqətdir. Nədənsə, mədəniyyətə həmişə dar çərçivədən və yalnış baxış bucağından yanaşılıb. Bəlkə  buna görədir ki, bu gün qüsurlu nəticə və mahiyyətlər labirintində ilişib qalmışıq…

Azərbaycan zəngin və dəyərli mədəni irsə malikdirmi? Əlbəttə. Bizlər Nizamidən, Füzulidən, Nəsimidən üzü bəri, Şirvani, Axundov, Məmmədquluzadə, Sabir, Zərdabi, Hacıbəyov, eləcə də digər çoxsaylı yaradıcı, maarifpərvər, vətənpərvər, ləyaqətli şəxsiyyətlərin, alimlərin sayəsində böyük və qiymətli mədəni irs ehtiyatlarına sahiblənmişik. Sual edirəm: Azərbaycan bu gün mədəni ölkədirmi və ya azərbaycanlılar bu gün həqiqətənmi mədənidirlər, doğrudanmı onlar etik davranış qaydalarına əməl edirlər? Təəssüflər olsun ki, yox. Yaxşı, onda bu necə olan işdir ki, zəngin mədəni irsə malik olan bir millətin mədəni səviyyəsi bu gün… qənaətbəxş deyildir?.. İlk baxışda təzadlı səslənir, deyilmi? Əlbəttə, bunu müxtəlif səbəblərlə izah etmək olar, amma məncə, bu “səbəblər”dən ikisini xüsusi vurğulamaq lazımdır. Əvvəla, yuxarıda qeyd etdiyim kimi, ortada hər hansı mədəniyyət konsepsiysı olmaması səbəbindən biz, zaman-zaman mədəniyyət anlayışını ancaq çalıb-oynamaq, oxumaqla, rəssamlıq, heykəltaraşlıq, tətbiqi sənət, kino, teatr və sair incəsənət növləri ilə məhdudlaşdırmışıq. Bu isə, öz növbəsində, ciddi yanılışlığa yol açmış və mədəniyyət anlayışının budanması, arıtdanması ilə nəticələnmişdir. İndi mədəniyyətin nə olduğunu kimdən soruşsan, şübhəsiz ki, mədəniyyətlə incəsənəti eyniləşdirəcək və öz-özlüyündə haqlı olduğunu düşünəcək. Əslində isə, bu, belə deyil; yəni mədəniyyət bildiyimizdən və qəbul etdiyimizdən daha geniş anlam daşıyıcısıdır. Belə ki, mədəniyyət anlayışı, incəsənət sahələrindən başqa, özündə – təhsil, səhiyyə mədəniyyətini, cəmiyyətin davranış qaydalarını, jurnalist və digər qələm sahiblərinin peşə etikasını, siyasi mədəniyyəti, o cümlədən sənaye, hətta istehsalat və kulinariya və sair mühüm sferaları ehtiva edir. Məncə, bu barədə daha ciddi düşünməyə dəyər… İkincisi, nədənsə bu gün milli-mənəvi dəyərlər və mental keyfiyyətlər haqqında söhbət düşəndə bir çoxları ağız büzür… Sabahımızın müəyyən dərəcədə Dünənimizdən asılı olmasını heç vəclə qəbul etmək istəmirlər. Bu, əlbəttə ki, kökündən səhv yanaşma və psevdo-kreativlik həvəskarlarının xətalı dünyagörüşlərindən  irəli gəlir. Anlamaq istəmirlər ki, mənəvi-mental dəyərlər mənəvi və mental xüsusiyyətlərlə eyni məna yükü daşıyan anlamlar deyillər. Xüsusiyyətlər eyni ilə RƏY kimidir- istənilən vaxt onu dəyişmək olar. Dəyərlər isə FAKTdır, – onu, istəsən belə, dəyişmək, inkar etmək olmaz! Və ən əsası: hər bir xalqın, millətin, etnosun mədəniyyətinə, onun mənəviyyatının tərkib hissəsi kimi baxmaq lazımdı. Əks təqdirdə, yanlış labirintlər dəhlizində azıb-itmək təhlükəsi qaçılmaz olur. Kim bilir, bəlkə elə bu səbəbdəndi ki, bu gün biz, qaynar tavaya düşmüş soyuq su damcısı kimi, cızdağımız çıxa-çıxa bu qədər problemlər, ağrı-acılar yaşamağa məhkum olunmuşuq?! Bəlkə məhz buna görədir ki, milli mədəniyyətin mahiyyətini sırtıq gülüş və həqarətlə dəyərləndirən bir sürü məmurun tapdağı altında haqqımızı, hüququmuzu, ruzimizi tələb etməkdən qorxur, çəkinirik?.. Əsil mədəniyyət “marqansovka” kimidi – bircə çimdiyi bir çən suyun rəngini dəyişir. Əsil mədəniyyətsizlik də eynən!.. Mədəniyyətə layiqincə və obyektiv qiymət verə bilsəydik, yəqin ki, ölkədə bu qədər ədalətsizlik, bu qədər siyasi və vicdan məhbusu da olmazdı. Bu qədər günahsız insan zindan həyatı yaşamazdı, bu qədər çətinliklərlə, əsassız qiymət artımları, məhrumiyyətlərlə, haqsızlıqlarla, yalan və riyakarlıqlarla üzləşməzdik. Çünki cəmiyyət, istər-istəməz, mədəniyyətdən süzülərək durulur, şəffaflaşır!.. Son olaraq, qeyd edim ki, mədəniyyət əbədi – ömür müvəqqətidir! Əbədi olan isə, özünə qarşı həmişə həssaslıq və hörmət tələb edir.

Eldəniz Quliyev,

Ssenarist və kinodramaturq

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Fevral 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri