Media: ABŞ Cənubi Koreyadakı THAAD sistemlərini Yaxın Şərqə köçürür
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pekin, 11 mart, AZƏRTAC
ABŞ mediası Birləşmiş Ştatların Şərqi Asiya ölkəsindəki THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sistemlərini Yaxın Şərqə köçürəcəyini yazır.
AZƏRTAC xəbər verir ki, “The Washington Post” qəzetinin “Pentaqon”dakı mənbəyə istinadla yaydığı məlumata görə, THAAD sistemləri tezliklə ABŞ nəqliyyat təyyarələri ilə Yaxın Şərqə aparılacaq. Nəşr ABŞ-nin Cənubi Koreyadakı qüvvələrinin balansında olan “Patriot” zenit-raket komplekslərinin artıq müharibənin qızışdığı Yaxın Şərqə köçürdüyünü bildirib.
Cənubi Koreyanın Prezidenti Li Cemyön Nazirlər Kabinetinin iclasında məsələni etiraf edərək bildirib ki, rəsmi Seul öz narahatlığını ifadə edib. Bununla belə, o, ABŞ hərbi avadanlığının yerdəyişməsinin ölkəsinin Şimali Koreyaya qarşı mübarizə imkanlarına təsir etməyəcəyini deyib.
Qeyd edək ki, raketdən müdafiənin üst təbəqəsini təşkil edən THAAD sistemi 2017-ci ildə Cənubi Koreyanın Soncu şəhərindəki ABŞ bazasında yerləşdirilib. Bu sistem daha yüksək hündürlüklərdə (40-150 kilometr arasında) ballistik raketləri ələ keçirmək üçün nəzərdə tutulub. Cənubi Koreyanın özünün raketdən müdafiə sistemləri əsasən aşağı və orta hündürlükdə uçan raketləri ələ keçirmək imkanına malikdir. Seul bu boşluğu 2030-cu illərin əvvəllərində L-SAM kimi tanınan uzaqmənzilli yer-hava raket sisteminin yerləşdirilməsi ilə doldurmağı planlaşdırır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 11 Mart 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















