Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Media artıq informasiya mübadiləsi vasitəsi kimi deyil...

Media artıq informasiya mübadiləsi vasitəsi kimi deyil...

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir. Ölkəmizin xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm yer tutur. Bu baxımdan, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM) çərçivəsində fəaliyyəti də xüsusi vurğulanmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Onun sözlərinə görə, ölkəmizin təşkilata sədrliyi dövründə bir sıra mühüm tədbirlər keçirilib:

“Oktyabrın 1-də Bakıda Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Media Forumunun keçirilməsi də bunun göstəricisidir. İlk AQEM Media Forumu üzv dövlətlərin hökumət nümayəndələrini, media və kommunikasiya sahəsinə məsul dövlət qurumlarının rəhbərlərini, media menecerlərini və digər mütəxəssisləri bir araya gətirib. Forum müxtəlif yanaşmaların bölüşülməsi, təcrübə mübadiləsi və regionda qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətlidir”.

Deputat bildirib ki, Forumun mövzusu olduqca aktualdır:

“Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətində vurğuladığı kimi, “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr edilmiş Forum informasiya və kommunikasiya sahəsinin etimad quruculuğunun vacib tərkib hissəsi olduğunu nümayiş etdirmək üçün əlverişli fürsətdir. Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir. Azərbaycan da AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlər ilə media sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Son illər ərzində müxtəlif media qurumları arasında formalaşmış tərəfdaşlıq əlaqələri, eləcə də AQEM üzv dövlətlərindən olan media nümayəndələrinin ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində iştirakı bu istiqamətdə praktiki əməkdaşlıq üçün şərait yaradıb”.

Millət vəkili xatırladıb ki, AQEM-in yaradılması haqqında ilk təşəbbüsü 1992-ci il oktyabrın 5-də BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev irəli sürüb:

“Əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub. AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə təsdiqlənmiş “Almatı Aktı”dır. Hazırda təşkilatın 28 üzvü var. Bundan əlavə, 10 ölkə, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk Dövlətləri Parlament Assambleyası kimi beynəlxalq təşkilatlar qurumda müşahidəçi statusuna malikdirlər. Azərbaycan Qazaxıstanın təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdəndir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişaf etdirilməsi” sahəsində etimad-qurucu tədbirin əlaqələndiricisi funksiyalarını yerinə yetirir. AQEM Nazirlər Şurasının 2024-cü il 19 mart tarixli qərarı ilə 2024-2026-cı illər üzrə təşkilata sədrlik ölkəmizə keçib. Təşkilata sədrlik çərçivəsində AQEM-in Biznes və Gənclər şuralarına sədrliyi də həmin dövr üçün Azərbaycan tərəfindən həyata keçirilir. Təkcə 2025-ci ildə Azərbaycanda AQEM-in etimad tədbirlərinin həyata keçirilməsi planına uyğun 44 tədbir keçirilib. Bunlardan təxminən 20-si Azərbaycan tərəfindən təklif olunub ki, bu da AQEM-in 5 əsas iş istiqamətini (iqtisadi, ekoloji, insani və hərbi-siyasi ölçülər, yeni çağırışlar və təhdidlər ölçüsü) əhatə edir”.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, media sahəsində baş verən köklü transformasiyalar ilə səciyyələnən mürəkkəb bir dövr yaşayır. Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir. Belə bir şəraitdə Bakıda bu mövzuda Forumun keçirilməsi üzv ölkələr arasında media sahəsində əməkdaşlığın daha da güclənməsinə öz töhfəsini verəcək”, - Samir Vəliyev vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Oktyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see862

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see476

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see338

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see304

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see288

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see285

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see283

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see269

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see258

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see257

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see251

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see246

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see243

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see241

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see230

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see224

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see224

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see223

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see199

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri