Icma.az
close
up
RU
Sosial Media: informasiya mənbəyi, yoxsa dezinformasiya vasitəsi?

Sosial Media: informasiya mənbəyi, yoxsa dezinformasiya vasitəsi?

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir dövrdə sosial şəbəkələr insanların əsas informasiya mənbəyinə çevrilib. Ənənəvi media vasitələrinin yerini getdikcə Facebook, İnstagram, Twitter, TikTok və digər platformalar tutur. İnsanlar xəbərləri televiziyadan və qəzetlərdən daha çox sosial media üzərindən oxumağa üstünlük verirlər. Sosial media vasitəsilə xəbərlər ənənəvi medianın verə biləcəyindən daha sürətlə yayılır. Bir hadisə baş verən kimi istifadəçilər dərhal bunu paylaşır, müzakirə edir və geniş auditoriyaya çatdırır. Bu, informasiyanın əlçatanlığını artırır, lakin eyni zamanda yalan məlumatların da sürətlə yayılmasına şərait yaradır.

Sosial media alqoritmləri istifadəçilərin maraq dairəsinə uyğun xəbərləri göstərir. Bu, insanların yalnız müəyyən bir baxış bucağından informasiya almasına və fərqli fikirlərlə rastlaşmamasına səbəb olur. Nəticədə insanlar yalnız öz inanclarını dəstəkləyən xəbərləri oxuyur və obyektiv informasiya əldə etmək çətinləşir.

Sosial şəbəkələr xəbərlərin yayılma formasını kökündən dəyişdirib. Onlar informasiyanı daha əlçatan etsə də, dezinformasiya və qərəzli xəbərlər problemi də yaradır. Dezinformasiya təkcə fərdi insanlara deyil, bütöv cəmiyyətlərə təsir edə bilər. Bu cür yalan məlumatlar insanlarda qorxu və təşviş yarada, seçkilər, ictimai rəy və sosial məsələlərə təsir edə, həmçinin ictimai etimadı zədələyərək yanlış qərarlar verilməsinə səbəb ola bilər.

Sosial şəbəkələrdə yayılan yalan məlumatların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Bakı Dövlət Universitetinin müəllimi Kənan Novruzov məsələyə münasibətini belə bildirib:

-Ümumilikdə son illər ərzində cəmiyyət həyatında dezinformasiya və misinformasiya hallarının sayı artmaqdadır. Bu tendensiya sosial medianın aktuallaşması, yeni platformaların yaranması və informasiya axınının sürətlənməsi ilə daha da güclənmişdir. Cəmiyyətdə yayılan məlumatları düzgün və qeyri-dəqiq olaraq ayırd etmək çətinləşib, bu isə ictimai şüurun qarışmasına səbəb olur.

Bəs bu problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

İlk olaraq media savadlılığı artırılmalıdır. Adi oxucu yayılan informasiyanı dezinformasiyadan və misinformasiyadan ayırmağı bacarmalıdır. Bu, media savadlılığının inkişafı ilə birbaşa bağlıdır. Oxucunun dünya görüşü inkişaf etdirilməlidir. Dünyagörüşü formalaşmış oxucu məlumatları tənqidi şəkildə təhlil edə bilir və yanlış yönləndirilməyə qarşı müqavimətli olur.

Hüquqi tənzimləmələr gücləndirilməlidir. Hazırda KİV və media ilə bağlı qanunlar mövcuddur, lakin sosial medianın fəaliyyətini tənzimləyən konkret qanun və ya qurum yoxdur. Mətbuat Şurası çap mediasını, Yayım Şurası isə televiziya sahəsini tənzimləyir. Lakin sosial mediaya nəzarət edən ayrıca bir qurumun yaradılmasına ehtiyac var. Dezinformasiya və misinformasiya yayan şəxslər qanunla məsuliyyətə cəlb olunmalıdırlar. Burada fərq qoymaq vacibdir. Dezinformasiya bilərəkdən yalan məlumatın yayılmasıdır. Misinformasiya isə bilmədən, yanlış məlumatın paylaşılmasıdır. Bu iki anlayışın eyniləşdirilməsi doğru deyil və hüquqi çərçivədə fərqli şəkildə qiymətləndirilməlidir.

Nərmin Hüseynli

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri