MEDİA bu səhifəyə xəbərdarlıq etdi
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlaması sosial şəbəkələrdə Azərbaycana qarşı sistemli dezinformasiyanı pisləyən bəyanat yayıb.
Adalet.az xəbər verir ki, bəyanatda deyilir: “Son dövrlər sosial şəbəkələrdə özünü “Qəzetçi” kimi təqdim edən səhifə tərəfindən Azərbaycanla bağlı sistemli şəkildə dezinformasiya xarakterli məlumatların tirajlanması müşahidə olunmaqdadır.
İctimai rəydə çaşqınlıq yaradan, əsas missiyası xaricdən ölkəmizin informasiya mühitini çirkləndirmək olan bu “resurs” guya 150 nəfər həkim və feldşerin hərbi səfərbərliyə cəlb edilərək İranla sərhəddə yerləşən Astara və Füzuli rayonlarına göndərildiyinə dair həqiqətə uyğun olmayan məlumat yaymışdır.
Bu kimi informasiya təxribatlarını qəti şəkildə pisləyir və bəyan edirik ki, belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır.
Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə çağırırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 06 Mart 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















