Icma.az
close
up
RU
Qanlı Tarixdən Şərəfli Səhifəyə

Qanlı Tarixdən Şərəfli Səhifəyə

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı tarixinin ən faciəvi, lakin eyni zamanda ən şərəfli səhifələrindən birini yaşadı. Bu, azadlıq mübarizəsinin qırmızı qanla yazılan tarixi idi. "Qanlı Yanvar" kimi tanınan bu hadisə Sovet imperiyasının insan hüquqları və demokratiya prinsiplərinə zidd olaraq Azərbaycana qarşı törətdiyi ən ağır hərbi cinayətlərdən biri kimi yadda qaldı. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı çıxan Azərbaycan xalqı, öz milli kimliyini və torpaq bütövlüyünü qorumaq üçün ayağa qalxmışdı. Bu müqaviməti boğmaq və xalqı cəzalandırmaq məqsədilə sovet rəhbərliyi belə bir amansız qətiliam törətdi. 1990-cı ilin 20 yanvar gecəsi Azərbaycan xalqının tarixinə qanla yazılmış unudulmaz bir səhifədir. Bu faciə təkcə məsum insanların qətli deyil, həm də xalqımızın azadlıq mübarizəsinin dönməz xarakter almasının başlanğıcı idi. O gecə törədilən vəhşiliklər xalqımızın milli kimliyinin formalaşmasına, azadlıq ideallarının gerçəkləşməsinə yol açdı. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün Sovet rəhbərliyi tərəfindən öncədən planlaşdırılmış hərbi əməliyyat həyata keçirildi. Bakıya və digər bölgələrə göndərilən hərbi qüvvələr arasında erməni zabit və kursantların olması isə Kremlin məkrli niyyətlərini ortaya qoyurdu. Bu əməliyyat zamanı 147 nəfər öldürüldü, 744 nəfər yaralandı və yüzlərlə insan qanunsuz həbs olundu. Hərbi cinayətin məqsədi təkcə xalqın azadlıq istəyini boğmaq deyil, eyni zamanda Azərbaycan xalqını sındırmaq idi. Lakin nəticə gözlənilənin əksi oldu. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da elan olunmasına baxmayaraq, qoşunlar Bakıya yanvarın 19-da saat 21:00-da daxil oldu. "Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın tələblərinə zidd olaraq, əhaliyə xəbərdarlıq edilməmişdi. Dinc insanlar ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq amansızcasına qətlə yetirildi. Faciə zamanı minlərlə vətəndaş Azərbaycanın müstəqilliyi uğrunda şəhid oldu. Bu, xalqın milli kimliyini, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olduğunu göstərdi. O hadisələr, əslində, Sovet imperiyasının Azərbaycanda mənəvi dayaqlarının sarsılması ilə nəticələndi. Xalq Sovet İttifaqına və Kommunist Partiyasına olan etimadını itirdi, partiya sıralarını kütləvi şəkildə tərk etdi. Faciənin ertəsi günü, 1990-cı il yanvarın 21-də, Ulu öndər Heydər Əliyev bütün təhlükələrə baxmayaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Sovet rəhbərliyini ittiham etdi. Onun cəsarətli bəyanatı həm daxili, həm də beynəlxalq səviyyədə əks-səda doğurdu. Heydər Əliyev faciəyə ilk siyasi-hüquqi qiyməti verdi, xalqın namusunu və milli kimliyini qorumaq üçün prinsipial mövqe sərgilədi. Onun təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "20 Yanvar faciəsi"nə siyasi qiymət verdi. Daha sonra, 1998-ci ildə onun Fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adı təsis edildi. Qanlı Yanvar hadisəsi yalnız bir faciə deyil, həm də milli azadlıq mübarizəsinin zirvəsi idi. Bu hadisələrdən sonra xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görməyə başladı. Dünya azərbaycanlıları ilk dəfə olaraq bu milli faciəni tanıtmaq üçün təşkilatlanmağa başladılar.

Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək şəhid ailələrinin sosial rifahını yaxşılaşdırmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirib.  Cənab Prezident İlham Əliyev  şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.  Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.” 20 Yanvar faciəsi Azərbaycan xalqının istiqlal və azadlıq uğrunda apardığı mübarizənin şərəfli bir səhifəsidir. Bu hadisələr Azərbaycan tarixində milli birliyin, milli kimliyin formalaşmasının və azadlıq ideallarının təcəssümüdür. Bu gün hər bir azərbaycanlı həmin günlərin ağrı-acısını unutmur və şəhidlərin xatirəsini böyük ehtiramla yad edir. Qanlı Yanvar yalnız bir faciə deyil, həm də Azərbaycan xalqının ləyaqətini və azadlıq iradəsini dünyaya nümayiş etdirdiyi bir tarixi dönüş nöqtəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see480

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see351

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see351

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see332

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see327

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see327

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see303

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see300

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see300

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see293

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see287

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see286

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see275

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see275

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see267

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see245

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see244

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see231

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see217

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri