Media subyektlərinə xəbərdarlıq edildi
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bəzi onlayn media subyektlərində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinə dair müxtəlif mülahizələrə əsaslanan məlumatlar yayılmaqdadır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı məlumatda deyilir.
“Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq.
Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.
Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa, cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırırıq”, - deyə məlumatda qeyd olunub.

Agentlikdən media subyektlərinə ÇAĞIRIŞ
09 Dekabr 2024 20:36
Onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edildi
25 Noyabr 2024 12:24
AQTAdan sahibkarlıq subyektlərinə xəbərdarlıq
08 Yanvar 2025 14:23
Agentlik media subyektlərinə çağırış etdi
09 Dekabr 2024 19:21
Agentlik media subyektlərinə çağırış edib
09 Dekabr 2024 19:49

