MEDİA: Cəmiyyəti saxta və yalan məlumat əsaslı kampaniyaların təsirinə düşməməyə çağırırıq
Icma.az bildirir, Report.az portalına istinadən.
Bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən Gəncə şəhəri ətrafında partlayış səslərinin eşidilməsi və təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunması ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətdə süni ajiotaj yaratmağa yönəlib.
"Report" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Müdafiə Nazirliyi cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunları bölmələrinin Seyfəli poliqonunda taktiki təlim keçirib və narahatlığa heç bir əsas olmadığı vurğulanıb.
"Sosial şəbəkə seqmentində bu tipli yalan məlumatların yayılmasını və təkrar tirajlanmasını yolverilməz hesab edirik.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların təsirinə düşməməyə çağırırıq", - vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 09 Dekabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















