MEDİA dan “Ajmedia.news” barədə BƏYANAT
Icma.az, Ayna portalına istinadən məlumat verir.
“Veb-sayt “Media Reyestri” İnformasiya Sistemində mövcud deyil”
Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək, özlərini həmin milli azlıqların maraqlarını təmsil edən media subyekti kimi təqdim etməyə cəhd göstərirlər. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilir.
Bəyanatda deyilir: “Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının ərazisində media fəaliyyəti həyata keçirən bütün media subyektləri “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməli və qanunvericiliklə müəyyən edilmiş qaydada “Media Reyestri” İnformasiya Sistemində mövcud olmalıdırlar.
Özünü Azərbaycan Yəhudi Media Mərkəzinin və yəhudiəsilli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış informasiya portalı kimi təqdim edən, yayımladığı materiallarda media etikası tələblərinə riayət etməyən “Ajmedia.news” veb-saytı “Media Reyestri” İnformasiya Sistemində mövcud deyildir. Bununla yanaşı, “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar müvafiq resurs barəsində məhkəmə tərəfindən aidiyyəti qərar qəbul edilmiş və onun fəaliyyəti qanunsuz hesab edilmişdir.
Bir daha bildiririk ki, bütün media subyektləri, o cümlədən hər hansı icmanın və ya sosial qrupun adından çıxış edən və media fəaliyyəti həyata keçirən subyektlər qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməli, öz hüquqi və peşəkar statusu, fəaliyyət istiqaməti və təmsilçilik xarakteri barədə ictimaiyyətə düzgün, obyektiv və şəffaf məlumat təqdim etməlidirlər”.
Baxış sayı:50
Bu xəbər 30 Avqust 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















