Icma.az
close
up
RU
MEDİA dəyirmi masa təşkil edib FOTO

MEDİA dəyirmi masa təşkil edib FOTO

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Medianın İnkişafı Agentliyi tərəfindən deputat və ekspertlərin iştirakı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa təşkil edilib.

APA-nın məlumatına görə, dəyirmi masaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, regional və qlobal çağırışların geniş vüsət aldığı müasir dövrdə davamlı sülhün təmin olunması, təhlükəsizliyin möhkəmləndirilməsi və dayanıqlı inkişaf mühitinin formalaşdırılması dövlətlərin əsas prioritetlərindəndir. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət regionda əməkdaşlıq münasibətlərinin genişlənməsi, konstruktiv dialoqun inkişafı və uzunmüddətli etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Natiq Məmmədli bildirib ki, sülhü təşviq etmək və bu ideyanı cəmiyyətə aşılamaq mühüm məsələlərdən biridir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov çıxışında beynəlxalq vasitəçilik təcrübələri və müasir geosiyasi reallıqlar kontekstində regional təhlükəsizlik məsələlərinə toxunub. Qeyd olunub ki, hazırkı mərhələdə regionda yeni əməkdaşlıq imkanlarının yaranması, kommunikasiya əlaqələrinin genişlənməsi və uzunmüddətli inkişaf üçün əlverişli siyasi mühitin formalaşması xüsusi aktuallıq kəsb edir.

Tofiq Zülfüqarov həmçinin bildirib ki, Azərbaycana və müttəfiqlərinə qarşı müxtəlif mərkəzlərin hələ də müəyyən məkrli planları var:

"Azərbaycan müstəqilliyini təzə qazandıqdan sonra ATƏT-dən vasitəçilik istədi. Çünki Azərbaycanın bəzi siyasətçiləri düşünürdü ki, təhlükənin qarşısını bu yolla almaq olar. Sonra proseslər göstərdi ki, ATƏT konflikt vasitəsilə bu bölgəni idarə etmək üçün yaradılan qrupdur. 2020-ci ildə Azərbaycan dövləti beynəlxalq qanunlara uyğun olaraq, işğalçıya cavab vermək hüququndan istifadə edib, işğalı və onun qalıqlarını Azərbaycandan rədd etdi".

Milli Məclisin deputatı Fariz İsmayılzadə regionda müşahidə olunan geosiyasi gərginliklər fonunda Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşmalar regionda davamlı sabitliyin təmin olunması baxımından xüsusi önəm daşıyır.

Milli Məclisin deputatı Rizvan Nəbiyev qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər fonunda Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakının və çoxtərəfli münasibətlərin inkişafına verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkəmizin həyata keçirdiyi balanslı və praqmatik siyasət müxtəlif tərəfdaşlar arasında etibarlı münasibətlərin qurulmasına, regional kommunikasiyaların inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir.

Tarixçi-alim Rizvan Hüseynov çıxışında qlobal təhlükəsizlik mühitinə təsir göstərən müasir çağırışlardan bəhs edib. Vurğulanıb ki, beynəlxalq münasibətlər sistemində humanitar yanaşmaların, mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi dövlətlər arasında daha sağlam münasibətlərin qurulmasına və ortaq maraqlar əsasında əməkdaşlığın inkişafına imkan yaradır.

Dəyirmi masa çərçivəsində iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə sülh gündəliyinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində medianın rolunun vacibliyi qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 May 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri