Icma.az
close
up
RU
Media ekosistemi sosial məsuliyyəti gücləndirir

Media ekosistemi sosial məsuliyyəti gücləndirir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Media ekosistemi insanların gündəlik həyatında kütləvi informasiya vasitələrinin rolunu və yaranan təsirləri araşdırır. Bu anlayışa görə media təkcə informasiyayayıcı bir vasitə deyil, həm də cəmiyyətin dəyər və davranışlarına, sosial quruluşuna və fərdlərin dünyagörüşünə güclü təsir göstərən bir mühitdir. Media ekologiyası medianın formalaşma prosesini, istifadə imkanlarını və inkişaf mərhələlərini, həmçinin bu dəyişikliklərin insan təfəkkürü, mədəniyyət və sosial münasibətlər üzərindəki təsirlərini araşdırır.

“Media ecology” (media ekologiyası) terminini ilk dəfə amerikalı media tədqiqatçısı və filosof Neil Postman 1968-ci ildə istifadə etmişdir. Alim bu termini media mühitinin insan düşüncəsinə və cəmiyyətə təsirini təhlil etmək məqsədilə yaratmışdır. N.Postman bu yanaşmanı inkişaf etdirərək medianın cəmiyyətin strukturu və mədəniyyətinin formalaşmasındakı rolu barədə də tədqiqatlar aparmışdır.

Yeni məlumatlar və texnologiyaların həyatımıza aramsız olaraq daxil olduğu müasir media mühitində sosial şəbəkələrin rolu danılmazdır. Ancaq məlum faktdır ki, sosial şəbəkələr yalnız informasiya paylaşma vasitəsi deyil, həm də düşüncə, münasibət və davranışların formalaşdığı bir məkandır. Yəni hər paylaşım informasiya axınının bir parçasıdır və bunlar cəmiyyətin kollektiv yaddaşını yaradır. Ancaq bu media axınına yalnız reaksiya vermək yetərli deyil, biz onun formalaşmasında da fəal iştirak etməliyik. Çünki hər bir izlənilən video, oxunan məqalə və yazılan status bir növ ətraf mühitə toxum səpir. Gələcəkdə bu toxumların hansı “media meyvələri” verəcəyi, gələcək cəmiyyəti necə formalaşdıracağı isə hələ məlum deyil.

Ancaq biz sosial məsuliyyət və ekoloji problemləri gündəmə gətirərək cəmiyyətin media mühitini dəyişdirə bilərik. Bildiyimiz kimi, iqlim dəyişikliyinə qarşı mübarizə hazırda ən aktual mövzulardandır və bu məsələdə media güclü bir vasitə kimi istifadə olunur. Media vasitəsilə geniş auditoriyaya çatdırılan məlumatlar insanları “yaşıl” düşünməyə təşviq edir. Həmçinin mediada yayımlanan məzmunlar insanlarda iqlim dəyişikliyi mövzusunda sosial məsuliyyət hissi yaradır, onları BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP (Tərəflər Konfransı) kimi tədbirlər haqqında da məlumatlandırır. Bu tədbirlərin media vasitəsilə geniş işıqlandırılması hökumətlər və vətəndaşlar arasında iqlim məsələləri naminə birlik yaratmağa kömək edir.

Son araşdırmalardan bəlli olub ki, yalan və manipulyativ xəbərlər insanların, təxminən, 60 faizinin medianı izləmə vərdişlərinə mənfi təsir göstərir. Bu cür problemlərdən yayınmaq və cəmiyyətdə daha sağlam bir media mühiti yaratmaq məqsədilə BBC-nin “Reality Check” layihəsi kimi təşəbbüslər həyata keçirilir. Bu layihə üçün BBC tərəfindən xüsusi bir veb-sayt bölməsi yaradılmışdır və buradan izləyicilər doğruluğu yoxlanmış məlumatlara daxil ola bilirlər. Bu layihədə jurnalistlər, ekspertlər və fakt yoxlama üzrə mütəxəssislərdən ibarət işçi qrup çalışır. Onlar yayılan xəbərləri, sosial mediadakı iddiaları, siyasətçilərin bəyanatlarını və geniş kütləyə təqdim edilən xəbərləri araşdırır, faktları yoxlayır, mənbələri analiz edir və nəticələri oxucular üçün sadə, dəqiq formatda təqdim edirlər. Hər bir analiz nəticəsində təqdim olunan informasiyadakı fakt və iddianın doğru, yanlış və ya qismən doğru olduğu qeyd olunur.

Almaniyada həyata keçirilən “Medienkompetenz” (“Media Savadlılığı”) layihəsi cəmiyyətdə mediadan daha məsuliyyətli istifadə etmək məqsədi daşıyır. Bu layihə, xüsusilə, gənclər və məktəb şagirdləri üçün nəzərdə tutulsa da, bütün yaş qrupları üçün faydalı hesab olunur. Layihə çərçivəsində keçirilən təlim və seminarların əsas məqsədi insanların mediadan səmərəli şəkildə istifadə etməsini təmin etməkdir. “Medienkompetenz” təşəbbüsü çağdaş media vasitələrinin necə işlədiyini qavramağa, xəbər mənbələrinin doğruluğunu düzgün qiymətləndirməyə, eyni zamanda, media məzmununun necə yarandığını anlamağa və məlumat axını ilə əlaqədar kritik düşünmə bacarıqlarını inkişaf etdirməyə kömək edir. Bu kimi layihələr mediada yalnız passiv izləyici yığmağı deyil, həm də sosial məsuliyyət anlayışını genişləndirməyi hədəfləyir.

Beləliklə, Azərbaycan media ekosistemi rəqəmsal dövrə xas olan bir sıra problemlərlə üz-üzədir. Eyni zamanda, rəqəmsallaşma ölkəmizdə medianın inkişafı üçün də yeni imkanlar açır. Bütövlükdə, Azərbaycanın media ekosistemi rəqəmsal dünyanın şərtlərinə fəal uyğunlaşma prosesindədir, ənənəvi yayım formaları, yeni texnologiyaların potensialı və milli tənzimləmə mühitinin xüsusiyyətləri arasında tarazlıq tapmağa çalışır. Sağlam media ekosistemi cəmiyyətin inkişafında və sosial məsuliyyətin gücləndirilməsində həlledici rol oynayır.

Xədicə ƏLİYEVA,
Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri