Icma.az
close
up
RU
Sosial media ailə bağlarını gücləndirir, yoxsa? ARAŞDIRMA

Sosial media ailə bağlarını gücləndirir, yoxsa? ARAŞDIRMA

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 31 oktyabr, Təhminə Verdiyeva, AZƏRTAC

Texnologiya tarixboyu insan həyatının formasını dəyişib. XXI əsrdə isə ən böyük dəyişiklik sosial media və mesajlaşma platformalarının yayılması ilə baş verdi. “WhatsApp” və “TikTok” artıq gündəlik həyatın, münasibətlərin, hətta ailə institutunun ayrılmaz hissəsidir. AZƏRTAC bu məqalədə həmin platformaların münasibətlərə və ailə dəyərlərinə təsirini həm sosioloji, həm də psixoloji tədqiqatlara əsaslanaraq araşdırır.

WhatsApp – ünsiyyəti asanlaşdıran, amma emosiyaları çətinləşdirən platforma

Mənim müşahidələrim və eşitdiyim hekayələr bir həqiqəti göstərir - texnologiya münasibətlərimizi dəyişib. O, həm körpüdür, həm də divar. Sosioloqlar vurğulayırlar ki, texnologiya uzaq məsafələri yaxınlaşdırır, amma bəzən yaxınlıqları da uzaqlaşdırır. “WhatsApp”, xüsusilə uzaqda yaşayan ailələr üçün həyat xəttinə çevrilib. Beynəlxalq Miqrasiya Təşkilatının 2021-ci il hesabatına görə, miqrant ailələrin 78 faizi “WhatsApp”ı gündəlik ünsiyyət vasitəsi kimi istifadə edir. Lakin psixoloji tədqiqatlar göstərir ki, “görülmədi” və “mavi tik” fenomeni münasibətlərdə gərginlik yaradır. İnsanlar cavabın gecikməsini bəzən “hörmətsizlik” kimi qəbul edirlər.

Psixoloq Könül Əkbərova mövzu ilə bağlı ünvanladığımız suallara belə cavab verir. “Sosial şəbəkələr, xüsusilə “TikTok” və “WhatsApp” insanların emosional vəziyyətinə həm müsbət, həm də mənfi təsir göstərə bilər. Bir tərəfdən, insanlar burada fikirlərini paylaşır, dostları ilə əlaqədə qalır, bu da onlara sosial dəstək hissi verir. Digər tərəfdən, həddindən artıq istifadə başqalarının “ideal” həyatlarını görmək və özünü onlarla müqayisə etmək insanlarda gərginlik, narahatlıq və özünə inamsızlıq yarada bilir. Bu platformalar qısa zamanda çoxsaylı vizual və emosional məlumat axını yaradır, nəticədə beyində dopamin ifrazı artır. İnsanlar ani zövq və təsdiq hissinə öyrəşir. Bu, bir müddət sonra daxili sakitliyi azaldır və diqqətin dağılmasına, hətta emosional yorğunluğa səbəb olur. Yəni təsir insanın bu mühitlə necə münasibət qurmasından asılıdır. ⁠Əslində, hər iki istiqamətdə təsir mümkündür. Bu platformalar bəzi hallarda insanlara hisslərini yazılı şəkildə ifadə etməyə kömək edir, lakin real ünsiyyət bacarıqlarını zəiflədir. Göz təması, səs tonu və bədən dili kimi vacib emosional elementlər arxa plana keçir. “TikTok” kimi sürətli məzmunlu platformalar isə insanların diqqətini parçalayır, nəticədə səbir və dərin ünsiyyət qurmaq bacarığı azalır. Asılılığın əsas mexanizmi beyindəki mükafat sisteminin dəyişməsidir. Hər dəfə yeni bildiriş və ya bəyənmə alanda beyində dopamin ifraz olunur. Beyin bu hissi xoş təcrübə kimi yadda saxlayır və insan fərqinə varmadan eyni vəziyyəti təkrar yaşamaq istəyir. Özünü bundan qorumağın ən təsirli yolu öz davranışına nəzarət etməkdir: sosial mediaya gündəlik məhdud vaxt ayırmaq, bildirişləri söndürmək və real həyatda daha çox aktivlik göstərməkdir. ⁠Mən hesab edirəm ki, sosial media gənclərin emosional vəziyyətinə ciddi təsir göstərir. Onlar çox zaman sosial şəbəkələrdə gördükləri “mükəmməl” görüntülərlə öz həyatlarını müqayisə edirlər, bu onların özgüvənlərinə təsir edir. Digər tərəfdən, düzgün istifadə olunduqda gənclərə öz fikirlərini ifadə etmək, istedadlarını göstərmək və motivasiya tapmaq imkanı da verir. ⁠Valideynlər və müəllimlər özləri nümunə olmalıdırlar. Əgər evdə daim telefon və sosial şəbəkə diqqət mərkəzindədirsə, uşaq da bu davranışı təkrarlayacaq. Uşaqlara sosial medianın tam qadağan edilməsinə deyil, düzgün və balanslı istifadəsinə yönəlik tərbiyə verilməlidir. Onlara izah etmək lazımdır ki, sosial şəbəkə yalnız əyləncə üçün deyil, həm də öyrənmək və faydalı əlaqələr qurmaq vasitəsidir. Ən vacibi isə uşaqların real həyatdakı münasibətlərini qorumağa təşviq etməkdir.

“TikTok” – fərdi azadlıq, ailəvi yadlaşma?

“TikTok”un populyarlığı, xüsusilə gənclər arasında yüksəkdir. Vaşinqtonda yerləşən Pew Araşdırma Mərkəzinin 2022-ci il tədqiqatına görə, 13-17 yaşlı yeniyetmələrin 67 faizi “TikTok”dan aktiv istifadə edir. Bu, onların sosiallaşma formalarını dəyişdirir. Ailələrin birgə kreativ video çəkməsi birlik hissini də gücləndirə bilir. Yəni “TikTok” yadlaşma gətirdiyi qədər birləşdirmə imkanı da daşıyır.

Münasibətlərdə balans məsələsi

Sosioloji nəzəriyyələrə görə, müasir cəmiyyətlərdə münasibətlər “seçim azadlığı” və “emosional yaxınlıq” üzərində qurulur. Sosial media isə bu iki elementi həm dəstəkləyir, həm də riskə atır.

Məşhur amerikalı psixoloq John Gottman münasibətlərdə “kiçik diqqət jestlərinin” əhəmiyyətini vurğulayır. “WhatsApp” mesajı da belə jestlərdən biridir. Amma problem ondadır ki, virtual jestlər real diqqəti tam əvəz edə bilmir. Ümumiyyətlə, sosial media uşaqlarda idrak qabiliyyətini zəiflədir. Bununla bağlı aparılan yeni tədqiqat göstərib ki, sosial mediadan çox istifadə edən uşaqların yaddaş, dil və oxuma bacarıqları zəifləyir. “JAMA” jurnalında dərc olunan araşdırmada 9-13 yaş arası 6554 yeniyetmə iştirak edib. Tədqiqata görə, sosial mediada daha çox vaxt keçirən uşaqlar şifahi oxu, yaddaş və lüğət testlərində daha aşağı nəticələr göstəriblər. Uşaqların çoxu hər gün təhsillə əlaqəsi olmayan məqsədlərlə ekranda təxminən 5,5 saat vaxt keçirir və bu müddətin böyük hissəsi sosial media istifadəsinə gedir. Araşdırma ABŞ-da Adolesan Beyinin Koqnitiv İnkişafı (ABCD) layihəsi çərçivəsində aparılıb. Məlum olub ki, sosial mediadan istifadəsi yüksək olan uşaqların idrak göstəriciləri, xüsusilə dil və yaddaş sahəsində aşağı səviyyədədir. Tədqiqatçılar bildiriblər ki, nəticələr sosial mediaya yaş məhdudiyyətlərinin gücləndirilməsinin vacibliyini göstərir. Bununla belə, araşdırma səbəb-nəticə əlaqəsini deyil, yalnız əlaqəni müəyyən edib. Mütəxəssislər qeyd edirlər ki, sosial medianın uşaqların beyin fəaliyyətinə təsir mexanizmlərini daha dərindən anlamaq üçün əlavə tədqiqatlara ehtiyac var.

Müəllimin “WhatsApp” vasitəsilə şagirdlərə dərd keçməsi bu gün çox aktualdır. Bununla bağlı hazırlıq prosesi ilə şagirdlərinə bilik aşılayan pedaqoq Hafizə Əhmədliyə suallar ünvanladıq. O, belə bir tədrisin uşaqlar üçün müsbət və mənfi yönlərindən bəhs etdi. H.Əhmədli bildirir ki, “WhatsApp” vasitəsilə tədris şagird-müəllim əlaqəsini asanlaşdıran faydalı bir vasitədir: “Bu platforma tapşırıqların paylaşılması, sual-cavabın aparılması və dərsdən kənarda da əlaqə saxlanılması baxımından çox rahatdır. Lakin ənənəvi dərsləri tam əvəz edə bilməz, çünki üz-üzə tədrisdə şagirdin diqqətini yönəltmək və onun hisslərini müşahidə etmək daha asandır. Şagirdlərin münasibətinə gəlincə, onlar bu üsulu ümumilikdə bəyənirlər, çünki telefon vasitəsilə öyrənmək onlara maraqlı gəlir. Bununla belə, diqqətin yayılması və intizamın qorunması kimi problemlər də meydana çıxa bilər. Ümumiləşdirsək, “WhatsApp” tədrisdə əlavə və dəstəkçi vasitə kimi çox faydalıdır, lakin ənənəvi dərsin yerini tam tuta bilməz”.

Texnologiya nə yaxşıdır, nə də pis, o, sadəcə vasitədir. Əgər ailə “WhatsApp” və “TikTok”u ünsiyyət, paylaşım və yaxınlıq üçün istifadə edirsə, bu, bağları möhkəmləndirir. Amma əgər real ünsiyyəti əvəz edirsə, nəticədə soyuqluq yaranır. Telefon səsi insan səsini əvəz etməməlidir. Əks halda, biz bir-birimizə yazıb cavab gözləyən, amma gözlərinə baxıb dinləməyən nəsil olarıq. “WhatsApp” və “TikTok” həm fürsətdir, həm də risk. Onların münasibətlərə və ailələrə təsiri tamamilə istifadə formamızdan asılıdır. Sosioloji və psixoloji tədqiqatlar göstərir ki, balans qorunarsa, bu platformalar ailəvi ünsiyyəti zənginləşdirə bilər. Amma balans itərsə, sevgi və hörmət yalnız virtual mətnlərə, videolara çevrilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri