Icma.az
close
up
RU
Media: Lukaşenko “Taliban”a silah və dron satır...

Media: Lukaşenko “Taliban”a silah və dron satır...

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hindistan əməliyyatlarda vasitəçi kimi çıxış edə bilər...

...“Taliban” Lukaşenko rejimindən silah və pilotsuz təyyarələr alır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Əfqanıstan müxalifət telekanalı “Afghanistan International”, keçmiş Əfqanıstan təhlükəsizlik rəsmiləri də daxil olmaqla, beş keçmiş yüksək vəzifəli məmura istinadən bildirib.

Onların sözlərinə görə, Hindistan bu əməliyyatlarda vasitəçi kimi çıxış edir və onları maliyyələşdirir, Rusiya isə onlara razılıq verib.

Vaşinqtondakı telekanalın müxbiri Samsama Sirat bu barədə efirdə danışıb. O, son aylarda “Taliban” və Belarus nümayəndələri arasında daha çox səfərlərin olduğunu xatırladıb.

Mənbələr iddia edir ki, bu əlaqələr may və iyun aylarının əvvəlində “Taliban”ın müdafiə naziri Molla Yaqubun Moskvaya səfərindən sonra başlayıb.

Daha sonra o, Rusiya ilə təhlükəsizlik müqaviləsi imzalayıb. Rusiya rəsmiləri bildiriblər ki, müqavilə Əfqanıstanda qalan Rusiya texnikasının təmiri ilə bağlıdır.

Kabildəki “Taliban”a yaxın bir şəxs də telekanala tərəflərin razılığa gəldiyini və bunun Rusiyanın göstərişi və onun koordinasiyası altında baş verdiyini təsdiqləyib.

“Afghanistan International”-ın məlumatına görə, “Taliban” Pakistana qarşı müdafiəsini gücləndirmək üçün dron və silahlara sahib olmaq istəyir: iki ölkə arasında münasibətlər son zamanlar daha da pisləşib.

Müxbir vurğulayır ki, Belarus "heç bir halda" Rusiya ilə koordinasiya olmadan Talibana hərbi texnika, xüsusən də dron satmaz.

...Eyni zamanda, Rusiya Pakistanın müttəfiqidir və jurnalistin sözlərinə görə, Pakistanı “Taliban”la əvəz etməyə hazır deyil. Əgər Pakistanda hücumlar baş verərsə və İslamabad bunu Əfqanıstanda “Taliban”ın himayəsi altında yerləşən qrupların üzərinə atarsa, Moskva bu hücumları pisləyir və terrorizmə qarşı birgə mübarizəyə çağırır.

Lakin, nəzərinizə çatdırırıq ki, Rusiya heç vaxt Pakistanın Əfqanıstana zərbələrini pisləməyib.

Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının sənədlərinə görə, “Taliban” terrorçu qruplarla əlaqəlidir, buna görə də onları silahla təmin edən ölkələr daha böyük məsuliyyət daşıyırlar.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Oktyabr 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri