Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.
“Media haqqında” Qanunu dərindən bilmək hər bir mətbuat işçisinin və media əməkdaşının başlıca vəzifələrindəndir”. Bu fikri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə “Milli mətbuatdan rəqəmsal mediaya: keçid və yeni dövrün çağırışları” mövzusundakı forumda səsləndirib.
V.Rəhimzadə bildirib ki, media ilə cəmiyyət arasındakı münasibətlərin müzakirəsi, yeni yanaşmaların ortaya qoyulması kimi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. O, media fəaliyyətində yalnız hüquqi tənzimləmələrlə kifayətlənilməməsinin, etik prinsiplərə riayət edilməsinin əsas şərt olduğunu deyib. Mövcud xüsusda Mətbuat Şurasının missiyası üzərində dayanan deputat vurğulayıb ki, Şura yarandığı gündən jurnalistlərin peşə davranışı qaydalarını hazırlayıb və bu sənədə əməl olunmasına ictimai nəzarəti həyata keçirib.
MŞ İdarə Heyətinin üzvü onu da bildirib ki, hazırda “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları” adlandırılan sənəd media təmsilçilərinin fəaliyyət kriteriyalarını müəyyənləşdirir və zaman-zaman keçirilmiş ictimai müzakirələrdə, habelə jurnalistlərin qurultaylarında onun daha praktik situasiyalara reaksiya baxımından təkmilləşdirilməsi məsələləri gündəmə gətirilir.
Azərbaycanın qanunvericilik bazasındakı media fəaliyyətini və informasiya dövriyəsini nəzərdə tutan müddəalardan söz açaraq ayrı-ayrı hüquqi sənədlərin üzərində dayanan V.Rəhimzadə diqqəti “Media haqqında” Qanuna yönəldib. O bildirib ki, bu qanun hər bir jurnalistin də hüquqi çərçivəsini, onun başlıca iş prinsipini müəyyənləşdirir.
Jurnalistin hansı informasiyanın yayıla biləcəyini, hansının yayılmasının yolverilməzliyini bilməli olduğunu deyən MŞ təmsilçisi media fəaliyyətindəki mühüm meyar kimi obyektivliyin üzərində dayanıb, bu meyarın məsuliyyət yaratdığını vurğulayıb. V.Rəhimzadə, həmçinin, hər bir media əməkdaşının çalışdığı redaksiyanın nüfuzunu qorumasının əhəmiyyəti barədə də fikirlərini bölüşüb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Media ekosistemi sosial məsuliyyəti gücləndirir
23 Aprel 2025 10:48
Sosial media dövründə informasiya məsuliyyəti
03 İyun 2026 18:06
NDU da “Karyerada etik prinsiplər və şəffaflıq” mövzusunda təlim keçirilib
12 İyun 2025 10:27
Qlobal informasiya məkanında jurnalistikanın etik məsuliyyəti
22 Sentyabr 2026 08:38
Rəqəmsallaşma və qanunvericilik
30 Aprel 2025 10:15
Baxış sayı:69
Bu xəbər 30 Oktyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları