Media nümayəndələri “Aztürk Holdinq”in “NeoOrdo” layihəsi barədə məlumatlandırılıb
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Bir qrup media nümayəndəsi “Aztürk Holdinq”in ofisində olub. Görüş çərçivəsində jurnalistlər holdinq tərəfindən həyata keçirilməsi nəzərdə tutulan “NeoOrdo” adlı iri miqyaslı innovativ turizm və əyləncə layihəsi barədə ətraflı məlumatlandırılıblar.
Newscenter.az-ın xəbərinə görə, təqdimat zamanı bildirilib ki, 2024-cü ildə dünya üzrə beynəlxalq turist axını təxminən 1,4 milyard nəfər təşkil edib. Qlobal turizm statistikalarına əsasən, bu turistlərin azı 20 faizi səyahət marşrutunu seçərkən unikal, simvolik və miqyaslı layihələrə üstünlük verir. Bu amil iri və innovativ turizm layihələri üçün yüksək bazar potensialı formalaşdırır.
Qeyd olunub ki, 36 hektar ərazidə yaradılması planlaşdırılan və ABŞ-da fəaliyyət göstərən Disneyland modelindən daha müasir, texnoloji və çoxfunksiyalı olması nəzərdə tutulan turizm-əyləncə kompleksi Azərbaycanın qlobal turizm xəritəsində mövqeyinin güclənməsinə töhfə verə bilər. Layihə təqdimatında vurğulanıb ki, dünya üzrə mövcud turist axınının yalnız məhdud bir hissəsinin cəlb edilməsi belə, ölkəyə əhəmiyyətli turist axını yarada biləcək potensial ssenari kimi qiymətləndirilir.
Hesablamalara əsasən, hər bir turistin minimum 1 000 ABŞ dolları həcmində xərcləmə etməsi nəzərə alındıqda — bu göstəricinin orta qlobal xərcləmədən aşağı və konservativ yanaşma olduğu qeyd edilib — layihə ölkə iqtisadiyyatına əhəmiyyətli həcmdə maliyyə axını formalaşdıra bilər.
Bildirilib ki, “NeoOrdo”nun iqtisadi təsiri yalnız turizm gəlirləri ilə məhdudlaşmayacaq. Layihə xidmət sektorunun genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına, nəqliyyat və şəhər infrastrukturunun inkişafına, vergi və qeyri-vergi daxilolmalarının artmasına, eləcə də Azərbaycanın beynəlxalq investisiya cəlbediciliyinin yüksəlməsinə töhfə verə bilər. Uzunmüddətli perspektivdə layihə ölkənin iqtisadi dayanıqlığını gücləndirən strateji təşəbbüs kimi təqdim olunub.
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, “NeoOrdo” layihəsi dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaratmayan model əsasında planlaşdırılıb. Layihənin maliyyələşdirilməsinin əsasən özəl və beynəlxalq investisiya mexanizmləri hesabına həyata keçirilməsi nəzərdə tutulur.
Təqdimatda layihənin konseptual yanaşmasına da toxunulub. Bildirilib ki, “NeoOrdo” qapalı deyil, açıq sistem prinsipləri üzərində qurulub və burada imkanlar geniş ictimaiyyət üçün əlçatan olmalıdır. Layihənin əsas prinsipləri kimi ictimai ədalət, şəffaflıq və bərabər imkanların təmin edilməsi göstərilib.
Tədbir çərçivəsində milli ideologiyanın təbliği və vətənpərvərlik dəyərlərinin cəmiyyətə çatdırılmasında fəal iştirak edən media qurumları və jurnalistlər “Aztürk Holdinq” tərəfindən mükafatlandırılıb. Bu məqsədlə təltifetmə mərasimi təşkil olunub.
“Aztürk Holdinq”in prezidenti Güləli Bağırov bildirib ki, holdinq gələcəkdə də milli ideologiyanın təşviqi və vətənpərvərlik mövqeyi ilə seçilən media qurumlarına dəstəyini davam etdirəcək və bu istiqamətdə yeni təşəbbüslər həyata keçiriləcək.
Süleyman
Bu mövzuda digər xəbərlər:Media nümayəndələri Aztürk Holding tərəfindən təltif olunacaq
22 Yanvar 2026 08:06
Aztürk Holdinq Çinə ilə birgə yeni tibbi mərkəz qurur FOTO
11 Dekabr 2025 14:53
Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirib
18 Mart 2025 19:44
“Azərsun Holdinq” media nümayəndələri arasında yarış keçirdi
08 Noyabr 2025 12:30
“Holdinq”in aktyoru yeni serialda Foto
24 Sentyabr 2025 20:13
Baxış sayı:86
Bu xəbər 23 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















