Icma.az
close
up
RU
Media sahəsində YENİ İDARƏETMƏ VİDEO

Media sahəsində YENİ İDARƏETMƏ VİDEO

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda media sahəsində vahid və kollegial idarəetmə mexanizminə keçid təklif olunur.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, Medianın İnkişafı Agentliyi və  Audiovizual Şura əsasında Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Yeni Şura media və yayım sahəsində səlahiyyətli qurum kimi formalaşdırılacaq. Bildirilir ki, rəqəmsal dövrdə çap, onlayn və audiovizual media arasında sərhədlərin azalması bu sahəyə vahid yanaşmanı zəruri edir. Layihədə əsas məqsəd milli informasiya təhlükəsizliyinin gücləndirilməsi, daxili informasiya məkanının qorunması, yerli medianın inkişafına dəstək və media subyektlərinin rəqabət qabiliyyətinin artırılması kimi göstərilir.
Media eksperti Müşfiq Ələsgərli deyir ki, rəqəmsal transformasiya, informasiya mühitində yeni imkanlarla yanaşı, dezinformasiya və informasiya çirklənməsi kimi riskləri də artırıb.
Onun sözlərinə görə, bu çağırışlara çevik reaksiya verə bilən yeni mexanizmlərə ehtiyac var.

Qanun layihəsində Şuranın vəzifə və öhdəliklərinin "Media haqqında" Qanunda əksini tapması, idarəetmənin isə kollegial model əsasında qurulması nəzərdə tutulur. Beynəlxalq təcrübədə də media və rəqəmsal mühitin tənzimlənməsi üzrə oxşar yanaşmalar mövcuddur. Böyük Britaniyada və Fransada müvafiq qurumlar yayım, rəqəmsal media mühiti və istifadəçi maraqlarının qorunması istiqamətində əlaqələndirilmiş mexanizm əsasında fəaliyyət göstərir.

Ekspert bildirir ki, yeni yanaşma media sahəsində operativ və effektiv qərarların qəbuluna əlavə imkan yaradacaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 İyun 2026 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri