Icma.az
close
up
RU
Media savadlı olmaq hər bir vətəndaş üçün vacibdir Ramil Mirzəyev

Media savadlı olmaq hər bir vətəndaş üçün vacibdir Ramil Mirzəyev

Metbuat saytına istinadən Icma.az xəbər verir.

"Bu gün sosial media və rəqəmsal platformaların sürətli inkişafı informasiyanın yayılmasını asanlaşdırsa da, yanlış məlumat və manipulyativ xəbərlərin artmasına da səbəb olub. Media savadlılığı yetərli səviyyədə olmayan şəxslər yayılan dezinformasiya və feyk məlumatlardan maddi və mənəvi cəhətədən böyük ziyan görə, özləri də bilmədən yanlış məlumatların cəmiyyətə ötürülməsində və yayılmasında iştirak edə bilərlər".

Bu sözləri açıqlamasında Metbuat.az-ın rəhbəri Ramil Mirzəyev deyib.

O bildirib ki, əldə edilən məlumatın düzgün təhlili, onun həqiqiliyini yoxlanılması və həmin informasiyadan doğru istifadə edilməsi bu baxımdan çox vacibdir.

"Təsadüfi deyil ki, Media haqqında qanuna ilk dəfə media savadlılığı termini gətirildi. Artan informasiya mühitində yanlış və feyk məlumatları ayırmaq, hansı informasiyanın doğru olduğunu anlamaq müəyyən bilik və savad tələb edir. Medianın İnkişafı Agentliyi tərəfindən bu istiqamətdə davamlı işlər görülür. “Media Savadlılığı” Həftəsinin elan olunması bu səpkidə atılmış mühüm addımlardan biridir. Həftə ərzində Agentlik tərəfindən konfrans və təlimlər keçirildi. Yerli KİV-lərdə media savadlılığının artırılması istiqamətində çoxsaylı məqalələr yayımlandı, sosial mediada marifləndirici paylaşımlar edildi. Bu, uzun və davamlı prosesdir. Nəticəsi istənilən halda cəmiyyətimiz üçün müsbət olacaq", - deyə R. Mirzəyev deyib.

Qed edək ki, dekabrın 16-22-i Medianın İnkişafı Agentliyi tərəfindən ölkədə “Media Savadlılığı” Həftəsi elan olunub. Həftə çərçivəsində müxtəlif dövlət qurumları ilə birgə maarifləndirmə kampaniyaları həyata keçirilir. Əsas məqsəd cəmiyyətin media savadlılığını artırmaq, gənclərin bilik və bacarıqlarını inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulmasının təbliğ edilməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Dekabr 2024 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri