Icma.az
close
up
RU
Media savadlılığı: Məlumatı təhlil etmək qabiliyyətinə sahib olmaq, onu dəyərləndirmək səriştəsi

Media savadlılığı: Məlumatı təhlil etmək qabiliyyətinə sahib olmaq, onu dəyərləndirmək səriştəsi

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyati dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə 16-22 dekabr tarixlərində “Media Savadlılığı” həftəsi keçirilir.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, bu tarixlər ərzində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili kimi məsələlər nəzərdə tutulub.

Bəs, ümumiyyətlə media savadlılığı nədir? Media savadlılığını artırmaq üçün hansı işlər görülməlidir?

Səidə Şəfiyeva: Dərinləşən media islahatlarının əsas töhfələrindən biri də...

Medianın İnkişafı Agentliyinin mətbuat katıbı Səidə Şəfiyeva Bakıvaxtı.az-a bildirib ki, informasiya axınının sürətlə artdığı müasir dövrdə cəmiyyətdə məlumatın etibarlılığını düzgün qiymətləndirmək üçün zəruri bacarıqların inkişaf etdirilməsi olduqca vacib hesab edilir.

Onun sözlərinə görə, informasiya bolluğu auditoriyanın məlumatların obyektivliyini və doğruluğunu müəyyənləşdirməkdə çətinliklər yaşamasına səbəb olur ki, bu da media savadlı istehlakçıların yetişdirilməsini zəruri edir.

Müsahibimiz qeyd edib ki, media savadlılığına ilk dəfə olaraq “Media haqqında” Qanunda anlayış verilmiş və bu istiqamətdə maarifləndirmə işlərinin aparılması dövlətin informasiya siyasətinin prioritetləri sırasına daxil edilmişdir. S.Şəfiyeva bildirib ki, dərinləşən media islahatlarının əsas töhfələrindən biri də bu istiqamətdə sistemli fəaliyyətin göstərilməsi və cəmiyyətin ciddi sosial sifarişi kimi dəyərləndirilən media savadlılıq səviyyəsinin artırılmasına nail olmaqdır.

Həmsöhbətimiz deyib ki, “Media haqqında” Qanuna əsasən media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyətidir. Nəzəri baxımdan isə media savadlılığı bütün kommunikasiya formalarından və texnologiyalarından istifadə etməklə səmərəli şəkildə kütləvi informasiyanın axtarılması, təhlil edilməsi, tənqidi qiymətləndirilməsi, eləcə də müxtəlif məlumatların paylaşılması bacarıqlarından ibarətdir.

MEDİA-nın mətbuat katibi vurğulayıb ki, cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsi məqsədilə Medianın İnkişafı Agentliyi tərəfindən hər il mütəmadi olaraq “Media Savadlılığı” həftəsi təşkil edilir.

“Həftə ərzində texnologiya və media sahələrindən nümayəndələr, beynəlxalq ekspertlər, dövlət və özəl qurumların sahə üzrə ixtisaslaşan rəsmiləri tərəfindən dezinformasiyanın yayılmasında və qarşısının alınmasında rol oynayan texnologiyalar, süni intellektin mediaya və dezinformasiyaya təsiri, saxta xəbərlərə qarşı mübarizədə media savadlılığının rolu barədə fikir mübadiləsi aparılır, sözügedən istiqamətlər üzrə tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsi məsələsi müzakirə edilir”.

“Media Savadlılığı” həftəsi çərçivəsində baş tutan konfransda müxtəlif mövzular ətrafında panel sessiyaların və dəyirmi masaların təşkil olunduğunu deyən həmsöhbətimiz bununla yanaşı, sosial və audiovizual mediada maarifləndirici kampaniyaların, podkastların, ASAN Radio ilə birgə “Smart Media” layihəsinin həyata keçirildiyini söyləyib:

“Bakıda təhsil müəssisələrində və regionlarda “Media savadlılığı” mövzusunda təlimlər, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramları, müxtəlif hədəf qruplar üçün vörkşoplar təşkil olunur, habelə “Medialiteracy.media.gov.az” saytında onlayn kursun istifadəyə verilməsi nəzərdə tutulur”.

Qulu Məhərrəml: “Media Savadlılığı” həftəsinin keçirilməsi çox müsbət hadisədir

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən media eksperti, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli bildirib ki, “Media Savadlılığı” həftəsinin keçirilməsi çox müsbət hadisədir və bunun dalğası nə qədər geniş və çoxtəkanlı olarsa, bir o qədər yaxşıdır.

Onun sözlərinə görə, hazırda əsas məsələ cəmiyyətdə media savadlılığını artırmaqdır. Ekspert izah edib ki, biz böyük informasiya axını içərisindəyik ki, fərqli mənbələrdən auditoriyaya çoxlu informasiya seli axır və bu informasiyaların xarakterini, doğruluğunu, önəmini müəyyən etmək üçün media savadlılığı çox vacibdir:

“Bütün bu informasiyaların xarakterini bilmək, verilən məlumatı təhlil etmək qabiliyyətinə sahib olmaq, onu dəyərləndirmək səriştəsi olmaq media savadlılığıdır. Ona görə də bu tədbirin keçirilməsini çox müsbət hadisə kimi qiymətləndirirəm. Bu, ilk növbədə cəmiyyət üçün, geniş auditoriya üçündür. Yəni onlar insan informasiyanı dəyərləndirmək bacarığına yiyələnə bilsinlər”.

Q.Məhərrəmli qeyd edib ki, cəmiyyətə faydasının olması üçün praktiki biliklər, tətbiqi addımlar da atılmalıdır.

O bu gün artıq 10 yaşlı uşağın da, məktəblinin də, ümumilikdə hər kəsin “Facebook”da, sosial şəbəkələrdə hesablarının olduğunu qeyd edib. Müsahibimiz onların informasiya mənbələrinə çevrildiyini nəzərə çatdırıb və bu zaman həmin informasiyaları seçmək, təhlil etmək üçün media savadlılığının önəmli olduğunu vurğulayıb:

“Ona görə də bu sahədə müəyyən təcrübə, səriştə əldə etmək üçün Media savadlılığı cəmiyyətdə çox vacibdir. Bu həftənin də əsas məqsədir odur ki, biz bu vərdişləri cəmiyyətimizə aşılayaq. Bunun faydası ondan ibarətdir ki, cəmiyyətdə informasiyanın mahiyyətini bilən, onu dəyərləndirməyi bacaran, ağı qaradan seçə bilən insanlar informasiya ilə davranmağı bilsinlər. Bu, çox ciddi bir addımdır”.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Dekabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see286

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see166

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see124

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri