Icma.az
close
up
RU
XİNin məlumatı

XİNin məlumatı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dekabrın 9-da Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yeni təyin olunmuş baş katibi Feridun Hadi Sinirlioğlu arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Ceyhun Bayramov Türkiyə Xarici İşlər Nazirliyində böyük diplomatik təcrübəyə malik səfir Feridun Sinirlioğlunun yekdilliklə ATƏT-in baş katibi təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona bu əhəmiyyətli fəaliyyətində davamlı uğurlar arzulayıb. Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi önəm baş katibin diqqətinə çatdırılıb.

Tərəflər ATƏT çərçivəsində əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

***

Dekabrın 9-da Ər-Riyad şəhərində Azərbaycanın və Səudiyyə Ərəbistanının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Səudiyyə Ərəbistanı nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Valid Əl-Xureyci rəhbərlik ediblər.

Görüşdə iki ölkə arasında əlaqələrin gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP29-un iki ölkə arasında mövcud əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı bildirilib.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb.

Postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Görüşdə turizm, yaşıl enerji və investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu vurğulanıb.

Siyasi məsləhətləşmələr zamanı, həmçinin regional, beynəlxalq məsələlər və birgə maraq daşıyan digər mövzular da müzakirə olunub.

Səfər çərçivəsində Y.Rəfiyev, həmçinin Səudiyyə Ərəbistanı Krallığının enerji nazirinin davamlılıq və iqlim dəyişikliyi üzrə müavini Xalid Əl-Mehaid ilə görüşüb.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri