Icma.az
close
up
RU
Media sizə borclu deyil!

Media sizə borclu deyil!

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kubra Məhərrəmova yazır...

İllərdir mediada çalışdığım üçün demək olar hər gün fərqli xarakterli, xasiyyətli insanlarla raslaşıram. İşi düşəndə quzuya dönən, dalınca ilan kimi sürünəndən tutmuş, işi həll olunandan sonra qeybə çəkilənlərə, adamı saya salıb salam verməyənlərə qədər...

Bir də bu rəngli insanların içərisində özünəməxsusluğu ilə seçilən ayrı təbəqə də var, onlar şou-biznes əhlidirlər.

Onların isə təsnifatı dörd yerə bölünür, yuxarı, orta, aşağı və lap aşağı təbəqə. Amma hamısını birləşdirən bir məsələ var, həmişə medianın diqqətində olmağa, gündəmdə qalmağa çalışmaq.

Bəziləri özləri yalan-palan, dezinformasiya yayıb sonra çıxıb aydınlıq gətirirlər, bəziləri özləri neqativ xəbər tirajlayıb sonra əl-ayağa düşürlər, hərəsi bir ağıldadır. Hələ şəkillərini montaj elətdirib özlərinə "əl gəzdirən"lər də az deyil. Daha demirlər ki, ay ana, ay bacı, sənin 60-a yaxın yaşın var, biz da bilirik axı, bu əndam səninki deyil...

Söz deyəndə, tənqid edəndə də, əksəriyyəti də başına-gözünə döyür ki, "mən illərlə xalqa xidmət etmişəm". Xaricdən gələn qonağın olsa, elə biləcək ki, orduda xidmət edib, sərhədlərin keşiyində dayanıb, əraziləri minalardan təmizləyib, 10-12 saat əməliyyatxanada cərrahi əməliyyat aparıb, əsgər-zabitin həyatını xilas edib dövlətə, xalqa xidmət edib.

Səndemə toya gediblər... Yəni toy yiyəsindən pul alıb, toy oxuyublar. İndi sənin pulla oxuduğun toydan mənə, xalqa nə?

Və ya bilet satıb konsert keçiriblər. Ya da hansısa "Həci"nin hesabına mahnı ərsəyə gətirib, klip çəkdiriblər... Bu, nəyin xidmətidir və nəyin minnətidir?

Bəziləri 30 ildən çoxdur qapı-qapı məclis gəzib milyonlar qazanıblar, tərpətsən də minbir yolla gəlirlərini dövlətə bəyan etməyiblər, vergidən müxtəlif yollarla yayınıblar, beş min manat qazanıb 500 manatın vergisini ödəyiblər amma tərpədəndə dövlətə, xalqa xidmət edirik deyib, adamın az qalsın gözünü çıxarırlar... Amma mən bir qələm satsam 10 dənə qurum başımın üstünü kəsər, qazanırsan, ver deyə...

Alt paltarı satandan qəbz tələb edən müvafiq qurumlar, ƏDV istəyənlər, indiyə kimi nədənsə heç bir müğənninin yaxasından yapışmayıblar. Belə çıxır ki, müğənnilər müvafiqlər üçün "pul yuyurlar"?

Dəfələrlə olub ki, media bu məsələni qaldırıb, amma heç bir faydası olmayıb.

Dünən baş verən hadisələr bir anlıq bütün bu məsələləri bir daha bizə xatırlatdı. Deməli müğənni Mətanət İsgəndərli solo konsertindən əvvəl media nümayəndələri başına yığıb ki, konsertini işıqlandırsınlar. Lakin jurnalistlər sual verən kimi, İsgəndərlinin prodüseri Asif Kərimov müğənniyə ünvanlanmış suallara onun əvəzindən vəkillik edib, kobud və aqressiv şəkildə cavablar verib. Yenə sağ olsun ki, heç kimi döyməyib. İnşallah gələn dəfə döyər...

Media sizə borclu deyil!

Zənnimcə həm Asif Kərimovu, həm də müğənni xanımı ifadə edən ən gözəl və dəqiq ifadə bu idi: "Onun sənə borcu yoxdur!"

Yəqin bunların heç biri bilmir ki, əgər media nümayəndələrini çağırırsansa, suallara cavab verməlisən, bir növ boynunun borcudur! Əgər mediaya ehtiyacın yoxdursa, niyə jurnalistləri çağırırsan?! Bu, nə eqoizmdir, bu nə ulduzluq xəstəliyidir? Elə özünüz çalıb, özünüz oxuyun bitsin.

Açığı mən heç düşünmürəm ki, kiminsə solo konserti (iki-üç müğənnidən başqa) geniş auditoriya üçün maraqlı olsun. Yəni onsuz da həmin mahnıları elə toylarda da oxuyurlar. İki-üç müğənnidən başqa, hamısı elə bilir ki, toy sənətdir, sənət də toy.

Görəsən məclis danışmağa gedəndə də belə edirlər? Toy sahibi deyir ki, "filan mahnını oxuyacaqsan?" O da cavab verir ki, "onun sənə borcu yoxdur!"

Məncə medianın heç bir müğənniyə borcu yoxdur. Bundan sonra yaxşı olardı ki, media bütün şou xəbərləri vahid ödəniş əsasında dərc eləsin. Əgər müğənni kommersiya məqsədilə o musiqilərdən istifadə edirsə, toy tutub, pul qazanırsa reklamı üçün də ödəniş etməlidir! Onda həm jurnalist hörmətli olacaq, həm də yazdığı xəbər... Havayı olanda belə olur.

Adamı ən çox yandıran isə odur ki, adı mətbuatda daim xoşagəlməz qalmaqallarda hallanan adamın, onun köməkçisinin bu formada davranışıdır. Elə götürək sözügedən müğənninin gəlini Canananı. Adam faktlara əsaslanıb danışanda o dəqiqə qalırsınız televiziyaların qapısında, başlayırsınız özünüzü müdafiə etməyə. Madam ki, media lazım deyil, niyə efirlərə, saytlara can atırsınız? Canana da qorxmadı, bütün olanları danışdı.

Hələ müğənni xanımın yadına keçmişi ilə bağlı maraqlı məqamları yada salmaq istərdim, deyəsən unudub...

Çox uzun müddət Mətanət İsgəndərlinin adı keçmiş polis zabiti Hacı Məmmədovla yanaşı çəkilirdi. O vaxt qəzet-jurnalların manşetini Mətanət İsgəndərlinin Hacı Məmmədovla kollajları bəzəyirdi, köhnələr xatırlayar.

Gəlin yadınıza maraqlı hekayəni salım. Onlayn və çap mediasının arxivlərində hələ də bu yazılar durur.

Yadınıza gələr bəlkə, 9 il öncə - 2016-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması məsələsi.

Bəli, Elşad Abdullayev dönə-dönə qardaşının oğurlandığı gün məhz M.İsgəndərlinin evində olduğunu demişdi. Mahir Mətanət İsgəndərlinin evinə israrlı telefon zəngləri ilə dəvət edilib, orada dava olub, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra isə MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb. Adam yox olub. Və bu günə kimi adamın nə ölüsü, nə də dirisi tapılıb.

Müğənni xanımın yadına daha bir məqamı salmaq istərdim.

Elşad Abdullayev demişdi ki, Hacı Məmmədova məxsus "Qarabulaq" restoranında qardaşı Mahirin Mətanət İsgəndərli ilə "sərgüzəştləri" barədə Akif Çovdarov ondan iki milyon dollar tələb etmişdi. Əgər iddialar doğrudursa, düşünürəm ki, bir "ilişki" üçün iki milyon çox bahadır. Sonunda Rihanna deyil, Jenifer Lopez deyil.

Əlbəttə, xanım müğənni indi deyəcək ki, bütün bunlar əsassızdır və şayiədir.

Amma ortada çox maraqlı faktlar var. Və bir gün bir jurnalist ondan bunlar barədə sual versə, araşdırıb fakt qarşısında qoysa, nə edəcək? Yenə deyəcək ki, "mənim sizə borcum yoxdur?!" Vallah abrınızı elə media örtür. Örtür deyəndə ki, keçmişinizi ortaya qoymur.

Uzun sözün qısası, medianın sizə borcu yoxdur!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 May 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri