Icma.az
close
up
RU
Sosial media: Mənfiləri müsbətlərindən az deyil

Sosial media: Mənfiləri müsbətlərindən az deyil

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Texnologiya günü-gündən inkişaf edir və son illərdə həyatımızı texnologiyasız təsəvvür etmək qeyri-mümkündür. Hər bir sahənin olduğu kimi, sosial medianın da müsbət və mənfi tərəfləri var.

Marketinq mütəxəssisi Müşviq İskəndərov Bakıvaxtı.az-a açıqlamasında sosial medianın müsbət və mənfi cəhətlərindən bəhs edib.

Onun sözlərinə görə, sosial medianın neqativ cəhətləri bu qədər yayğınkən, müsbət cəhətlərini də vurğulamaq lazımdır. Sosial medianın yaxşı tərəflərindən biri hər birimizin həyatında yeni nailiyyətlərə yol açmasıdır:

“Öncəliklə, sosial medianın varlığı ilə baş verən bütün hadisələrdən anındaca xəbər tuta bilirik. Sosial media vasitəsilə hədəf auditoriyaya daha asan çata bilmək, e-ticarətin yayılmasına və etibarlılığına da öz töhfəsini verib. Artıq dünyadakı alış-verişin belə asanlaşmasını özündə birləşdirir. Həmçinin sosial media vasitəsilə istənilən yerlə əlaqələnə bilirik, ünsiyyət daha əlçatan olub. Bir insan hər hansı bir videonu çəkib hansısa sosial mediada paylaşıb birdən-birə tanınmağa nail ola bilər. Bu səbəbdən sosial medianın bizə açdığı yollar çoxdur".

M.İskəndərov qeyd edib ki, sosial media üzərindən işləyib pul qazananlar da az deyil:

“Belə ki, insanlar öz kiçik bizneslərini sosial media vasitəsilə insanlara çatdırıb, paylaşımlar edib, alıcı cəlb edirərək pul qazanırlar”.

Müsahibimiz bildirib ki, sosial media bütün xüsusiyyətləri ilə yanaşı, bir çox gəncin məşğulluq və təhsillə bağlı ehtiyac duyduğu məlumatlara çıxış imkanı yaradır. Təhsil haqqını ödəyə bilməyən gənclər, sağlamlıq problemi olub imkanı müalicəyə əl verməyən insanlara sosial media bəzən bir ailə rolunu oynayaraq onlarının səsini insanlara çatdırıb kömək olmasına nail olur.

"İnsanlarla əlaqə qurmaq, vacib məsələlərdə maarifləndirmək, zaman-zaman axtardığınız emosional dəstəyi tapmaq, yaradıcılığınızı inkişaf etdirmək və özünüzü daha asan ifadə etməyə imkan vermək sosial medianın psixi sağlamlığımıza müsbət təsirlərin sadəcə bir neçəsidir. Sosial mediada karyera imkanları psixi sağlamlığımıza müsbət təsir edən başqa amillərdən biridir".

Müşviq İskəndərov: Sosial mediada gördüyümüz hər bir kontent psixologiyamıza da təsir edir

Mənfi tərərlərinə gəlincə, M.İskəndərov bildirib ki, sosial medianın, texnologiyanın günü-gündən inkşafı həyatımızdakı məxfiliklərə ciddi təsir göstərir. Sosial media platformaları istifadəçilərin şəxsi məlumatlarını saxlayaraq hədəf reklamlar yarada bilər və ya saxlanılan şəxsi məlumatlar zərərli insanların əlinə keçə bilər:

“Bu, məxfiliklə bağlı narahatlıqları artıra və istifadəçilərin şəxsi məlumatlarını paylaşmaqdan çəkinməsinə səbəb ola bilər. Sosial media hər cür xəbər və məlumatların sürətlə yayılmasına şərait yaradır. Bu, həm də o deməkdir ki, yalan və ya manipulyasiya edilmiş xəbərlər və məlumatlar asanlıqla yayıla bilər. Nəticədə cəmiyyətin etibarlı və dəqiq məlumat əldə etməsi çətinləşə bilər”.

Mütəxəssis deyib ki, sosial mediada gördüyümüz hər bir kontent psixologiyamıza da təsir edir. Sosial mediada gördüklərimizin əksəriyyətinin uydurma olduğunu anlasaq da, bu, özümüzü etibarsız və kifayət qədər yaxşı hiss etməməyimizə səbəb ola bilər.

“Xüsusən də, gənclər sosial medianın təsirinə tez düşürlər. Yaxşı mövzuların aşılandığı kimi, pis, aqressiv, həyati təhlükə daşıyan mövzuları da bəzən aşılaya bilir", - deyə Müşviq İskəndərov əlavə edib.

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Fevral 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri