Medianın İnkişafı Agentliyindən BBC də dərc olunan məqaləyə münasibət
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son günlər Böyük Britaniyanın “The Independent” və “The Guardian“ qəzetlərində, habelə “BBC“ yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilib.
Bu barədə Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilir.
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bildirir ki, aşkar birtərəfli yanaşma və mülahizələrə əsaslanan bu yazılar ölkəmizin beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təəssüratı yaradır.
Məqalə müəllifləri mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də qarşı tərəfin rəsmi münasibətini öyrənmək üçün hər hansı addım atmamış, sadəcə öz subyektiv mülahizələrinə əsaslanan tezisləri ictimaiyyətə təqdim etməyə üstünlük vermişlər. Bu isə sözügedən materialların müəyyən lobbi dairələrinin maraqlarından irəli gələn siyasi sifariş xarakteri daşıdığına dair ciddi şübhələr yaradır və dərin təəssüf doğurur.
Ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, habelə beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.
Bir daha adı çəkilən media qurumlarını (“The Independent”, “The Guardian“ və “BBC”) bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa, Azərbaycan haqqında birtərəfli, qərəzli və həqiqətə uyğun olmayan materialların dərcindən çəkinməyə, eləcə də jurnalist etikasına uyğun olaraq tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edirik”. – bəyanatda deyilir.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Medianın İnkişafı Agentliyindən təyyarə qazası ilə bağlı açıqlama
25 Dekabr 2024 14:22
Sumqayıtdakı zavodda yanğın baş verməsi ilə bağlı Medianın İnkişafı Agentliyindən AÇIQLAMA
11 Noyabr 2024 10:55
Medianın İnkişafı Agentliyinin açıqlaması
09 Dekabr 2024 18:59
Medianın İnkişafı Agentliyinin Bəyanatı
27 İyul 2026 16:30
Medianın İnkişafı Agentliyi açıqlama yayıb
11 Noyabr 2024 11:39
Baxış sayı:182
Bu xəbər 31 Avqust 2026 20:17 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları