Icma.az
close
up
RU
Medianın İnkişafı Agentliyinin BDUda xüsusi auditoriyası istifadəyə verildi FOTO

Medianın İnkişafı Agentliyinin BDUda xüsusi auditoriyası istifadəyə verildi FOTO

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Noyabrın 26-da Medianın İnkişafı Agentliyinin Bakı Dövlət Universitetində (BDU) xüsusi auditoriyası istifadəyə verilib.

Tədbirdə çıxış edən rektor Elçin Babayev BDU-nun Jurnalistika fakültəsinin ölkədə peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynadığını, məzunların medianın müxtəlif sahələrində uğurla çalışdıqlarını diqqətə çatdırıb. Rektor qeyd edib ki, tələbələrin nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarının möhkəmləndirilməsi, tədris prosesinə peşəkar şəxslərin cəlb edilməsi olduqca vacibdir.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentlik tərəfindən göstərilən müxtəlif formatlı təşəbbüslərin jurnalistika sahəsində təhsil alan gənclər üçün yeni imkanlar yaradacağını və onların peşəkar bacarıqlarının inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. O bildirib ki, bu ixtisas üzrə müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması yeni yanaşma və metodologiyaların tətbiqini zəruri edir, buna görə də tələbələr üçün təlim, seminar və kursların təşkil edilməsi önəmli hesab olunur.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə bu cür layihələrin Azərbaycan mediasının inkişafına töhfə verəcəyini və gənc nəslin intellektual inkişafının təmin edilməsi, ictimai fəallığının artırılması, tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmalarına xidmət edəcəyini vurğulayıb.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, MEDİA Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov və digər çıxışçılar jurnalistika təhsilinin keyfiyyəti, mediada yeni tendensiyalar, müasir texnologiyaların tətbiqi barədə fikirlərini bölüşüblər.

Daha sonra Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü keçirilib. Ə.İsmayılov cənab Prezidentin müvafiq Fərmanı ilə əsası qoyulmuş media islahatları barədə ətraflı məlumat verib, bu islahatların jurnalistikanın inkişafına, beynəlxalq standartlara uyğunlaşmasına böyük təsir göstərdiyini, “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan sonra həyata keçirilən dəyişikliklərin, xüsusilə media subyektlərinin iqtisadi müstəqilliyinin artırılması və vergi güzəştlərinin tətbiqinin əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, bütün bunlar media qanunvericiliyinin təkmilləşməsi və islahatların mediamızın inkişafına verdiyi töhfələrin bir qismidir, bu proses davamlı olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Noyabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see179

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see136

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see134

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see131

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see131

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see128

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see127

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see126

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see125

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see125

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see125

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see124

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see124

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see123

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see123

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see123

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see123

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see123

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see120

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri