Icma.az
close
up
RU
Medianın İnkişafı Agentliyinin BDUda xüsusi auditoriyası istifadəyə verilib AZƏRTAC

Medianın İnkişafı Agentliyinin BDUda xüsusi auditoriyası istifadəyə verilib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da Medianın İnkişafı Agentliyinin Bakı Dövlət Universitetində (BDU) xüsusi auditoriyası istifadəyə verilib.

MEDİA-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən rektor Elçin Babayev BDU-nun Jurnalistika fakültəsinin ölkədə peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynadığını, məzunların medianın müxtəlif sahələrində uğurla çalışdıqlarını diqqətə çatdırıb. Rektor qeyd edib ki, tələbələrin nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarının möhkəmləndirilməsi, tədris prosesinə peşəkar şəxslərin cəlb edilməsi olduqca vacibdir.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentlik tərəfindən göstərilən müxtəlif formatlı təşəbbüslərin jurnalistika sahəsində təhsil alan gənclər üçün yeni imkanlar yaradacağını və onların peşəkar bacarıqlarının inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. O bildirib ki, bu ixtisas üzrə müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması yeni yanaşma və metodologiyaların tətbiqini zəruri edir, buna görə də tələbələr üçün təlim, seminar və kursların təşkil edilməsi önəmli hesab olunur.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə bu cür layihələrin Azərbaycan mediasının inkişafına töhfə verəcəyini və gənc nəslin intellektual inkişafının təmin edilməsi, ictimai fəallığının artırılması, tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmalarına xidmət edəcəyini vurğulayıb.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, MEDİA Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov və digər çıxışçılar jurnalistika təhsilinin keyfiyyəti, mediada yeni tendensiyalar, müasir texnologiyaların tətbiqi barədə fikirlərini bölüşüblər.

Sonra Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü keçirilib. Əhməd İsmayılov Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə əsası qoyulmuş media islahatları barədə ətraflı məlumat verib, bu islahatların jurnalistikanın inkişafına, beynəlxalq standartlara uyğunlaşmasına böyük təsir göstərdiyini, "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbulundan sonra həyata keçirilən dəyişikliklərin, xüsusilə media subyektlərinin iqtisadi müstəqilliyinin artırılması və vergi güzəştlərinin tətbiqinin əhəmiyyətini qeyd edib.

Diqqətə çatdırılıb ki, bütün bunlar media qanunvericiliyinin təkmilləşməsi və islahatların mediamızın inkişafına verdiyi töhfələrin bir qismidir, bu proses davamlı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri