Icma.az
close
up
RU
Medianın İnkişafı Agentliyinin BDUda xüsusi auditoriyası istifadəyə verildi

Medianın İnkişafı Agentliyinin BDUda xüsusi auditoriyası istifadəyə verildi

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 26-da Medianın İnkişafı Agentliyinin Bakı Dövlət Universitetində (BDU) xüsusi auditoriyası istifadəyə verilib.

Moderator.az xəbər verir ki, tədbirdə çıxış edən rektor Elçin Babayev BDU-nun Jurnalistika fakültəsinin ölkədə peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynadığını, məzunların medianın müxtəlif sahələrində uğurla çalışdıqlarını diqqətə çatdırıb. Rektor qeyd edib ki, tələbələrin nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarının möhkəmləndirilməsi, tədris prosesinə peşəkar şəxslərin cəlb edilməsi olduqca vacibdir.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentlik tərəfindən göstərilən müxtəlif formatlı təşəbbüslərin jurnalistika sahəsində təhsil alan gənclər üçün yeni imkanlar yaradacağını və onların peşəkar bacarıqlarının inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. O bildirib ki, bu ixtisas üzrə müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması yeni yanaşma və metodologiyaların tətbiqini zəruri edir, buna görə də tələbələr üçün təlim, seminar və kursların təşkil edilməsi önəmli hesab olunur.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə bu cür layihələrin Azərbaycan mediasının inkişafına töhfə verəcəyini və gənc nəslin intellektual inkişafının təmin edilməsi, ictimai fəallığının artırılması, tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmalarına xidmət edəcəyini vurğulayıb.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, MEDİA Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov və digər çıxışçılar jurnalistika təhsilinin keyfiyyəti, mediada yeni tendensiyalar, müasir texnologiyaların tətbiqi barədə fikirlərini bölüşüblər.

Daha sonra Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü keçirilib. Əhməd İsmayılov Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə əsası qoyulmuş media islahatları barədə ətraflı məlumat verib, bu islahatların jurnalistikanın inkişafına, beynəlxalq standartlara uyğunlaşmasına böyük təsir göstərdiyini, "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbulundan sonra həyata keçirilən dəyişikliklərin, xüsusilə media subyektlərinin iqtisadi müstəqilliyinin artırılması və vergi güzəştlərinin tətbiqinin əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, bütün bunlar media qanunvericiliyinin təkmilləşməsi və islahatların mediamızın inkişafına verdiyi töhfələrin bir qismidir, bu proses davamlı olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Noyabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri