Mediatorlar üçün təşkil edilən silsilə təlimlərin ikincisi baş tutub
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun inkişafı istiqamətində 29 aprel 2026-cı il tarixində mediatorlar üçün nəzərdə tutulmuş silsilə onlayn maarifləndirici təlimlərin ikinci sessiyası uğurla həyata keçirilib.
Newscenter.az xəbər verir ki, təlim Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən təşkil olunub. Seminarların keçirilməsində əsas hədəf mediatorların peşəkar səviyyəsinin yüksəldilməsi, onların bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsi, mediasiya prosedurlarının daha səmərəli tətbiqinə nail olunması, barışıq sazişlərinin keyfiyyət göstəricilərinin artırılması, yaranan hüquqi məsələlərin hakimlər tərəfindən qanunvericiliyə uyğun şəkildə yönləndirilməsi, eləcə də məhkəmə orqanları ilə mediasiya təşkilatları arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsidir.
ZOOM platforması üzərindən onlayn formatda təşkil olunan təlimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səidə Məmmədova aparıb. Təlimdə moderator qismində Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Bayramov iştirak edib.
Təlim çərçivəsində mediatorlarla fəal dialoq və müzakirələr aparılıb, onların praktiki fəaliyyət zamanı qarşılaşdıqları hüquqi məsələlər ətraflı şəkildə təhlil olunub. İştirakçıların sualları geniş şəkildə cavablandırılıb, barışıq sazişlərinin hazırlanması və keyfiyyətinin artırılması ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.
Eyni zamanda, Səidə Məmmədova tərəfindən mülki məhkəmə icraatında mediasiyanın əhəmiyyəti, məhkəmə təcrübəsində müşahidə olunan çatışmazlıqlar və aktual problemlər barədə geniş izahat verilib və bu mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu kimi təlimlər Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mütəmadi olaraq keçiriləcəkdir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Mediatorlar üçün təlim keçirilib
05 May 2026 10:24
Mediatorlar üçün təlimlərə başlanılıb
28 Aprel 2026 19:48
Mediatorlar üçün təlim keçiləcək
05 Oktyabr 2026 14:31
Baş Prokurorluqda mediatorlar üçün konfrans keçirilib
11 Sentyabr 2026 20:57
Mediatorlar üçün onlayn təlim keçirilib
20 Oktyabr 2026 08:54
Baxış sayı:125
Bu xəbər 29 Aprel 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















