Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Mediaya dəstək müsabiqələri necə keçiriləcək?

Mediaya dəstək müsabiqələri necə keçiriləcək?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli qurumun mediaya dəstək müsabiqələrinin yeni qaydaları ilə bağlı sualları cavablandırıb.

– MEDİA-nın keçirdiyi müsabiqələr ənənə halını alıb, artıq növbəti fərdi jurnalist müsabiqəsi elan olunub. Bu müsabiqələri keçirməkdə başlıca məqsəd nədən ibarətdir və səmərəliliyini necə qiymətləndirmək olar?

– Doğru qeyd edirsiniz ki, Agentliyin həyata keçirdiyi müsabiqələr mediamızda ənənə halını alıb və müraciətlərin dinamikasını, eyni zamanda, nominasiyalar üzrə rəqabət səviyyəsini təhlil etdikdə jurnalistlərimizin müsabiqəyə ciddi marağının olduğunu söyləyə bilərik. Bu müsabiqələr jurnalistlərin fərdi bilik və bacarıqlarının inkişaf etdirilməsi, potensialının üzə çıxarılması, xüsusən də yeni imzaların tanıdılması baxımından vacib həvəsləndirmə rolunu oynayır. Bildiyiniz kimi, Agentlik müsabiqədə iştirakla bağlı hər hansı istiqamət və ya mövzu təklifi etmir, əksinə, jurnalistin özünün seçimi əsasında müsabiqə elan olunan günə qədərki son üç ay ərzində işıq üzü görmüş istənilən materialını təqdim etmək sərbəstliyini dəstəkləyir. Jurnalist artıq öz işini yalnız müsabiqə şərtlərinə uyğun qurmur, şərtlər jurnalistin yaradıcı sərbəstliyinə uyğunlaşdırılır. Müsabiqənin bütün nominasiyaları praktik jurnalistikanın tələblərinə görə müəyyənləşib. Müqayisə üçün deyə bilərik ki, son illərədək müsabiqələrdə bir qayda olaraq həcm və forma tələbi ön planda olurdu ki, bu da əksər vaxtlarda sözçülüyə, təkrarçılığa gətirib çıxarır, jurnalistin fərdi üslubunu arxa plana keçirirdi. İndi jurnalist hazırladığı müsahibədən tutmuş köşə yazısına və oçerkinə qədər ən yaxşı hesab etdiyi istənilən materialını müsabiqəyə təqdim edə bilər. Eyni prinsiplər audiovizual media subyektlərində çalışan həmkarlarımızın materiallarına da şamil edilir. Burada yalnız xronometraj həddi müəyyən edilib ki, bu da televiziyaların xəbər süjetləri üçün nəzərdə tutulmuş ümumi normativlərdən irəli gəlir.

Hər dəfə müsabiqələrə yekun vurulduqdan sonra onun nəticələri təhlil edilir, lazım gələrsə, şərtlərin təkmilləşdirilməsi yönündə addımlar atılır. Fərdi jurnalist müsabiqəsinin şərtlərinə edilən sonuncu dəyişiklik audiovizual media subyektlərinin əməkdaşları üçün yerlərin artırılması ilə bağlı olub. Müsabiqədə hazırda 8 nominasiyanın hər biri üzrə 5 nəfər olmaqla, qəzet və veb-saytların 40 nümayəndəsi, audiovizual media üçün nəzərdə tutulmuş 3 nominasiyanın hər biri üzrə 10 nəfər olmaqla, 30 media nümayəndəsi, ümumilikdə isə 70 nəfər qalib elan olunur.

Məsuliyyətli jurnalistikanın təşviqi, etik standartlara sadiqlik, analitik düşüncə və yaradıcı yanaşma bizim üçün prioritetdir və sevindirici məqam odur ki, media nümayəndələri də bu prosesin fəal tərəfdarıdır.

– Çap və onlayn media subyektləri üçün müsabiqələrdə bu dəfə irəli sürülmüş yeni şərtlər hansı zərurətdən irəli gəlib?

– Ənənəvi media subyektlərinə göstərilən dəstək ictimai və dövlət maraqlarını əsas götürərək həyata keçirilir. Fərdi jurnalist müsabiqəsində olduğu kimi, burada da məqsəd media subyektinin peşəkarlığının gücləndirilməsi, cəmiyyətin ictimai məzmunlu informasiya ilə təminatının keyfiyyətli formada qurulmasıdır. Media gündəlik işini müasir meyillərə cavab verərək qurmadığı təqdirdə, heç şübhəsiz ki, davamlı auditoriyasının zəiflədiyinin və nəhayət, ictimai rəyə təsir imkanlarının azaldığının şahidi olacaqdır.

Dünyanın qlobal media ekosistemində cərəyan edən proseslər Azərbaycan mediasından da yan keçmir, əksinə, onun peşəkar fəaliyyətinə birbaşa təsir göstərir. Bu baxımdan, bizim yanaşmamız da milli informasiya resurslarımızın daha da güclənməsi, yerli və beynəlxalq rəqabətdə etibarlı mənbə kimi mövqeyinin qorunub saxlanmasına dəstək verməkdir. Süni intellekt əsaslı texnologiyaların tətbiqi, rəqəmsal platformaların funksionallığının getdikcə artması Azərbaycan mediasının da bu istiqamətdə uyğun fəaliyyətini tələb edir. Ona görə də çap və onlayn media subyektlərinə müsabiqəli maliyyə yardımının göstərilməsinə dair yeni yanaşmanın tətbiq edilməsi zəruri idi. Yeni qaydalara görə veb-saytlara ayrılan maliyyə vəsaitinin həcmi artırılıb, bu da öz növbəsində minimum işçi sayının, eyni zamanda, jurnalistlər üçün minimum əməkhaqqının artırılması ilə müşayiət olunmalıdır. Göründüyü kimi, dövlətin maliyyə dəstəyi bir tərəfdən medianın rəqəmsal mühitə inteqrasiyasını, rəqabətə davamlılığını dəstəkləməklə yanaşı, digər tərəfdən jurnalistin sosial müdafiəsinin gücləndirilməsini də prioritet hesab edir.

Ənənəvi mediamızın mühüm elementi olan qəzetlərə də ümumi yanaşma tətbiq edilərək onların hamısının yalnız həftədə bir nömrəsinin maliyyələşdirilməsi prinsipi əsas götürülüb. Hesab edirik ki, qəzet redaksiyalarımız getdikcə bahalaşan mətbəə, kağız və bu qəbildən olan müxtəlif texniki xərclərini optimallaşdırmalı, yeni reallıqlara uyğunlaşaraq rəqəmsal platformalarda öz yerlərini möhkəmləndirməlidir. Aydın məsələdir ki, bu, media idarəetməsinin yenilənməsi, materialların yazı və təqdimat formalarının təkmilləşdirilməsi və s. kimi çoxtərəfli, lakin medianın gələcəyi ilə bağlı həyati əhəmiyyətli yaradıcı məsələdir.

– MEDİA artıq televiziyalar üçün də ayrıca müsabiqələr təşkil edir, bu istiqamətdə görülən işləri necə qiymətləndirmək olar?

– Artıq ikinci ildir ki, Audiovizual Şura ilə birlikdə dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqələr təşkil edirik. Hədəfimiz yeni media mühitində auditoriyayönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalını və yayımını təşviq etməkdir. Maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığın stimullaşdırılması əsas prioritet kimi müəyyənləşdirilib. Məqsədimiz informativ və ictimai dəyər daşıyan materialların sayını artırmaq, eyni zamanda, televiziya kanallarını çoxformatlı, yaradıcılığa əsaslanan məzmuna həvəsləndirməkdir. Apardığımız sistemli monitorinqlərin nəticəsi deməyə əsas verir ki, dövlət dəstəyi efir məkanının ictimai məzmunlu audiovizual kontentlə zənginləşməsində mühüm rol oynayır. Yeri gəlmişkən onu da vurğulamaq istərdik ki, televiziyalarımız da ənənəvi mediamızın vacib elementləridir, onların da istər idarəetmə, istər rəqəmsallaşma baxımından müasirləşməsi, məzmun zənginliyində yaradıcılığın dəstəklənməsi günümüzün tələbidir. Ümumiyyətlə, dövlətin bütün media subyektlərinə göstərdiyi dəstəyin əsas mahiyyəti ondan ibarətdir ki, o, yalnız medianın mövcud vəziyyətini qoruyub saxlamağa yönəlmir, eyni zamanda, jurnalistikanın gələcəyini də nəzərə alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri