Medina və Eddinin komandasından yeni dünya rekordu!
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan milliisinin sabiq üzvü Eddi İsrafilov və "Qarabağ"ın keçmiş müdafiəçisi Kevin Medinanın klubu olan Malayziya “Cohor Darul Tazim"i ölkə çempionatlarında ardıcıl məğlubiyyətsiz oyunların sayına görə dünya rekordu müəyyənləşdirib.
QOL.az “Reuters”ə istinadən xəbər verir ki, komanda yeni mövsümün 1-ci turunda “Kuçinq”i 3:0 hesabı ilə məğlub edib. Bununla “Cohor Darul Tazim”in çempionatda məğlubiyyətsiz seriyası 109 oyuna çatıb.
Malayziya təmsilçisi Kot-d’İvuarın “ASEK Mimozas” klubunun rekordunu yeniləyib. “ASEK Mimozas” 1989-1994-cü illərdə ölkə çempionatında ardıcıl 108 matçda məğlub olmamışdı. “Cohor Darul Tazim” ötən mövsümün son oyununda bu göstəricini təkrarlamışdı.
Komanda son 4 mövsümdə Malayziya çempionu olub və 2021-ci ilin aprelindən bəri ölkə çempionatında məğlubiyyət üzü görməyib.
Baxış sayı:105
Bu xəbər 22 Avqust 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















