Icma.az
close
up
RU
Medvedev Putinlə birləşir

Medvedev Putinlə birləşir

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya hakimiyyətində yüksək vəzifələr uğrunda səhnə arxasında gedən mübarizə yenidən fəallaşıb. Xüsusi hərbi əməliyyatların uzanması və ölkədə getdikcə daha çox hərbiləşmə hakim elita daxilində mövqe bölgüsünü yenidən gündəmə gətirir.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev yenidən baş nazir postuna qayıtmaq istəyir. Təhlükəsizlik Şurası sədrinin müavini bu dəfə hökumətə qayıtmaq və baş nazir kreslosuna yenidən sahib çıxmaq niyyətindədir. Onun yaxın ətrafındakı mənbələrin bildirdiyinə görə, Medvedev bu təyinatın elə 2025-ci ildə baş tutacağını gözləyir.

“Cebheinfo.az” xəbər verir ki, mənbənin sözlərinə görə, Medvedev hazırkı dövrün çətinliklərini nəzərə alaraq, Rusiyaya daha sərt və radikal mövqeli bir baş nazirin lazım olduğunu düşünür:

“Dmitri Anatolyeviç hesab edir ki, ölkə artıq uzunmüddətli müharibə dövrünə daxil olub və qarşıda digər bölgələrdə də hərbi qarşıdurmalar istisna deyil. Bu səbəbdən Rusiyanı hərbi rejimə keçirməyə hazır olan, sərt və prinsipial bir fiqur lazımdır. O da özünü bu rol üçün ən uyğun namizəd sayır”.

Qeyd edək ki, Medvedevin yenidən baş nazir olmaq istəyi indiki Baş nazir Mixail Mişustinin istefaya göndəriləcəyi ilə bağlı yayılan söz-söhbətlərdən dərhal sonra ortaya çıxıb. Daha əvvəl Rusiya KİV-ləri yazırdı ki, Vladimir Putinə hökumət başçısını dəyişmək təklif olunub. Mənbələr əlavə edir ki, Medvedev şəxsi söhbətlərində Mişustini “çox mülayim” adlandırır və iddia edir ki, o, gizlicə xüsusi hərbi əməliyyatların tezliklə başa çatmasını arzulayır. Medvedevin baş nazir postuna təyinatı qarşısında əsas maneə onun sağlamlıq durumu və ictimai imici ola bilər.

Halbuki özü bildirib ki, vaxtilə keçirdiyi onkoloji xəstəlikdən sağalıb. Amma Kreml və hökumət daxilindəki bütün mənbələr bu iddiaya inanmır. Medvedevin yenidən hökumətə qayıtmaq istəyi təkcə şəxsi ambisiya deyil, bu, Rusiya siyasi kursunun hansı istiqamətə yönəldiyini göstərən əlamətdir. O, son illərdə sərt, bəzən hətta aqressiv açıqlamalarla çıxış edir və özünü yeni rol üçün özünü hazırlayır. Kreml doğrudan da onu geri qaytarmaq istəyir, yoxsa bu, sadəcə siyasi diqqət çəkmə manevridir?

Qarşıdakı aylarda bu suallara cavab verə biləcək.

Səbinə Uğur

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyun 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see272

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see270

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see265

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see252

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see243

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see239

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see229

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see224

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see220

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see217

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see213

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see211

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see209

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see206

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see200

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see198

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see196

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see195

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see188

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri