Icma.az
close
up
RU
“Medvedev Zelenskini yenidən hədəfə alıb: iqtibas pərdəsi arxasında təhqir və hədələr“ Ukrayna KİV ləri

“Medvedev Zelenskini yenidən hədəfə alıb: iqtibas pərdəsi arxasında təhqir və hədələr“ Ukrayna KİV ləri

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Klassik ədəbiyyat, küçə jarqonu və siyasi isterika bir yerdə..."

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev növbəti dəfə Zelenskini hədəfə alaraq onu təhqir edib.

Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri yazıb.

Medvedev bu dəfə də özünə xas olan təhdid, istehza və kobudluq ritorikasını nümayiş etdirib. Bu dəfə o, bunu Mixail Bulqakovdan iqtibasla "zənginləşdirilmiş" formada edib. Ukrayna prezidenti Vladimir Zelenski barədə danışan Medvedev "bu personajın taleyini müzakirə etmək istəmirəm" deyərək elə ilk cümlədən mövzunun mərkəzinə daxil olur və ardınca məşhur ifadəni səsləndirir: "Annüşka artıq yağı töküb".

Mesaj açıqdır: guya proses başlayıb və sonluq qaçılmazdır. Söhbət Bulqakovun "Master və Marqarita" romanındakı Volandın dilindən çıxan məşhur ifadədən gedir. Əsərdə bu cümlə hadisələrin artıq geriyədönməz məcraya girdiyini simvolizə edir. 

Medvedev isə klassik ədəbiyyatı siyasi hədəyə çevirərək iqtibas kontekstindən çıxarır və onu primitiv təbliğat alətinə endirir. Volandın istehzası Medvedevin dilində birbaşa zorakılıq eyhamına çevrilir. Ədəbiyyat arxa planda qalır, önə isə tanış leksikon çıxır: qorxutmaq və alçaltmaq.

Davosdan sonra: söyüş ritorikası

Zelenskinin Davos İqtisadi Forumundakı çıxışı Medvedevin tonunu daha da sərtləşdirib. O, Avropa liderlərini "impotent", prezident Zelenskini isə "nankor narkodonuz" adlandırıb və əlavə edib ki, Avropaya yönəlmiş bu tənqidlər "şallaqlama" ilə bitməli idi. 

Medvedevin təqdimatında Avropa əvvəlcə Vaşinqtondan, indi isə "geridə qalmış ögey oğul"dan təhqir görən aciz bir tərəf kimi təsvir olunur. Bu dil nə diplomatikdir, nə də siyasi arqumentlərə əsaslanır. Burada məqsəd izah etmək deyil, alçaltmaqdır.

Medvedev Zelenskinin Avropanın tərəddüdlü mövqeyi, Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməməsi və NATO-ya həddindən artıq arxayınlıqla bağlı iradlarına cavab vermək əvəzinə, müzakirəni sosial şəbəkə səviyyəsində söyüş müstəvisinə endirir.

Klassik iqtibas, primitiv mesaj

Zelenski Davosda Avropanın real addımlardan yayınmasını tənqid etmişdi. Medvedev isə bu iradlara cavab vermək əvəzinə, yenə də zorakı metaforalara və təhqiramiz ifadələrə üstünlük verib. Bulqakovdan gətirilən iqtibas bu mənada sadəcə dekor rolunu oynayır - "qaçılmaz cəza" obrazını bəzəmək üçün istifadə olunur.

Nəticədə Medvedevin çıxışları bir daha göstərir ki, problem iqtibaslarda deyil, onları hansı niyyətlə işlətməkdədir. Klassik ədəbiyyatın dili ilə danışırmış kimi görünən bu ritorikanın alt qatında isə dəyişməyən bir xətt var: kobudluq, hədə və siyasi isterika. Bu leksikon artıq öz-özlüyündə ifşadır və əlavə şərhə ehtiyac qalmır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Fevral 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri