Medvedevdən xanım diplomata sərt sözlər: Sarı saçlı siçovul
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallası tənqid edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Telegram hesabında yazıb.
O, Kallasın müharibə iştirakçılarına Şengen zonasına girişin qadağan etməklə bağlı təhdidinə münasibət bildirib.
“Sarı saçlı siçovul Kaya yüz minlərlə keçmiş rus hərbçisinin Şengen zonasına heç vaxt girməməsini təmin etmək üçün çalışdığını deyib. Əsgərlərimiz üçün necə də böyük itkidir! İstəsələr, vizasız da daxil ola bilərlər”, – deyə Medvedev bildirib.
O qeyd edib ki, oxşar bir şey artıq 1812 və 1945-ci illərdə də baş vermişdi.
Fevralın 23-də Kallas Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin görüşündən sonra mətbuat konfransı keçirib . Jurnalistlərə danışan diplomat izah edib ki , Avropa Komissiyası Ukraynadakı Rusiyanın Birgə Hərbi Əməliyyatlarında iştirak edən yüz minlərlə şəxsin Şengen zonasına daxil olmasının qarşısını almaq üçün çalışır.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 24 Fevral 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















