Icma.az
close
up
RU
Məğlub Ermənistan ordusu güc siyahısında necə irəliləyib?

Məğlub Ermənistan ordusu güc siyahısında necə irəliləyib?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda ABŞ-nin "Global Firepower" (GFP) saytının "Dünyanın ən güclü orduları 2025" reytinq siyahısından bəhs olunub. Bildirilib ki, ümumilikdə 145 ölkənin analiz edildiyi 2025-ci il reytinq siyahısında ilk yerləri ABŞ, Rusiya və Çin tutur, qardaş Türkiyə ordusu isə 9-cu yerdə qərarlaşıb. "GFP-2025" reytinqində Azərbaycan Ordusu 60-cı sırada, Ermənistan isə 91-ci yerdə qərarlaşıb.

Bu, ötənilki ümumi göstəricidən Azərbaycan Ordusu üçün geriləmə, Ermənistan üçün irəliləmə kimi görünsə də, əslində, "Global Firepower" reytinqinin hesablanma texnologiyasına bələd olanlar bunun ordunun zəifləməsi anlamına gəlmədiyini yaxşı bilirlər. Məsələn, 2020-ci ildə ölkəmizin bu siyahıdakı yeri 64-cü, Ermənistanın isə 111-ci idi. Ordumuz 2021-ci ildə reytinq cədvəlində 64-cü yerində qalsa da, Ermənistan bu siyahıda geriləmək əvəzinə irəliləyərək 100-cü olmuşdu.

2022-ci ildə Azərbaycan 63, Ermənistan 97, 2023-cü ildə ölkəmiz 57-ci, Ermənistan isə daha 3 pillə irəliləyərək 94-cü olmuşdu. 2024-cü ildə antiterror əməliyyatında bir daha darmadağın edildikdən sonra Ermənistan Ordusu siyahıda geriləyərək 102-ci, Azərbaycan isə 59-cu olmuşdu.

"Global Firepower" saytının istənilən iki ölkənin gücünü müqayisə etmək imkanı yaradan funksiyasının köməyi ilə Azərbaycan və Ermənistan ordularının qarşılıqlı müqayisəsi də bir sıra maraqlı rəqəmləri üzə çıxarır. Ölkələrin aviasiya gücünün analizi bölməsində Azərbaycanın 154, Ermənistanın isə 71 hava vasitəsinə sahib olduğu göstərilir.

Bunlardan Azərbaycanın arsenalında 12, Ermənistanda isə 4 qırıcı təyyarə olduğu qeyd edilir. Bir sıra fərqli mənbələrdə Ordumuzun tank sayının 920, hətta 1 000-dən artıq olduğu da dəfələrlə göstərilib ki, bu da bəzi məqamlarda GFP-nin tam etibarlılığına şübhə yaradan məsələlərdəndir.

Beləliklə, etibarlılığı müəyyən qədər şübhə yaratmasına rəğmən, "Global Firepower 2025" reytinqi də istər 2020-ci il Vətən müharibəsində, istərsə də, 2023-cü ilin antiterror əməliyyatlarında öz gücünü real olaraq sübut etmiş Azərbaycan Ordusunun potensialının region səviyyəsindən çox yüksəkdə olduğunu və dünyanın bir sıra inkişaf etmiş ölkələrin orduları ilə müqayisə ediləcək səviyyəyə qalxdığını göstərir.

Ətraflı Baku TV-nin süjetində:

Məğlub Ermənistan ordusu güc siyahısında necə irəliləyib?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Yanvar 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri