Gürcüstan XİN rəhbəri: Rusiya ilə dialoq zəruridir
Icma.az bildirir, Apa.az portalına istinadən.
“Problemlərimiz olan tərəflə danışıqlar aparmaqda təhlükəli heç nə yoxdur, bu, zəruridir”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalının “İmedi Live” proqramında Rusiya ilə birbaşa dialoqun bərpasını şərh edərkən deyib.
Nazir bildirib ki, Rusiya ilə danışıqlar hər kəs tərəfindən alqışlanmalı və qəbul edilməlidir.
“Söhbət ən ciddi problemlərimizin olduğu ölkədən gedir. Əgər biz bu problemlərin həllindən və ya nizamlanmasından danışırıqsa, dialoq və müzakirə olmadan buna nail olmaq təbii ki, mümkün deyil”, - deyə XİN başçısı əlavə edib.
Maka Boçorişvili Gürcüstan və Rusiya nümayəndələrinin görüşü üçün Minsk şəhərinin seçilməsi məsələsinə də toxunub. O vurğulayıb ki, seçilən məkan bütün tərəflər üçün məqbul olmalı idi.
Qeyd edək ki, ötən gün Minskdə Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili və Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş keçirilib. Bu görüşlə Tbilisi və Moskva arasında birbaşa dialoq bərpa edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 20 Noyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















