Icma.az
close
up
RU
Məğlub “Qarabağ”, yarı boş tribunalar…

Məğlub “Qarabağ”, yarı boş tribunalar…

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində Rumıniyanın FCSB klubuna 2:3 hesabıyla məğlub olaraq turnirlə vidalaşacağı dəqiqləşdi.

Artıq “atlılar”ın Yunanıstanın “Olimpiakos” komandasıyla avrokuboklardakı sonuncu oyunu formal xarakter daşıyır.
Avropada çıxış edən yeganə Azərbaycan klubunun sözügedən qitənin ən mötəbər yarışlarından biriylə vidalaşması üzücüdür.

Düzü FCSB ilə qarşılaşmanın gedişatı və ilk dəqiqələrdən etibarən hesabın açılması oyundan gözləntiləri artırmışdı. Qurban Qurbanovun yetirmələri ənənəyə sadiq qalaraq topa daha çox hökm edən və matça dominantlıq edən tərəf idi. Fəqət rumınlar əllərinə düşən hər fürsəti dəyərləndirməklə vacib qələbə qazandılar. Matçda Olavio Juninyon kimi hücumçunun yoxluğu özünü hiss etdirdi. Təbii, uğuru və ya uğursuzluğu bir fərdin adına bağlamaq düzgün deyil. Futbol komanda oyunudur. Lakin ümumi oyuna baxdıqda, hücum xəttindəki yetərsizlik, futbolçuların anlaşmada çətinlik çəkdiyi aşkar idi. Təkcə Juninyo deyil, həmçinin Yassin Benzianın da mövqeyində çatışmazlıq olduğu da görünürdü. Hər nə qədər Leandro Andrade pleymeyker kimi üzərinə düşən vəzifəni yerinə yetirib qol vursa da ön xətdəki əlaqəni qura bilmədi. Aleksey Kaşukun performansı isə hələ də komandaya tam adaptasiya olmadığı ya da potensialının elə bu qədər olduğu qənaətinə gətirir. Abdullah Zubir sadəcə Benzia-Juninyo tandemindən qalan bir parçaydı. Pleymeyker olmasına baxmayaraq, Benzianın sol cinah vingeri kimi Elvin Cəfərquliyevlə qurduğu sintezi də bu matçda görə bilmədik. Julio Romaonun meydandakı varlığı isə sadəcə Marko Yankoviçin kölgəsində qalmışdı. Bəhlul Mustafazadənin müdafiədəki inamsız oyunu, zədədən sonra komandaya adaptasiya olmadığını göstərir.
Bütün bunlar məğlubiyyətə təsir edən başlıca amillər oldu.

“Qarabağ”ın Avropayla sağollaşmasına bir üzüldüksə, yarı dolu, yarı boş tribunaları görmək bu hissi ikiyə qatladı. Bundan öncəki “Tottenhem”, “Ayaks”, “Linkoln” və “Dinamo” (Zaqreb) kimi komandalarla görüşdə “iynə atsan yerə düşməz” məsələni sübuta yetirən Tofiq Bəhramov adına Respublika stadionu bu dəfə yarı boş qaldı. Görünür azarkeş kimi yetişməyimiz hələ çox çəkəcək…

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Yanvar 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri