Icma.az
close
up
RU
Belçikalı deputat Menendesin aqibətindən nəticə çıxarmalıdır

Belçikalı deputat Menendesin aqibətindən nəticə çıxarmalıdır

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində 30 ildən çox mövcud olmuş qondarma separatçı rejimə başçılıq etmiş şəxslərin Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi xaricdəki ermənilərin pulu hesabına onlara lobbiçilik edənlər üçün göydəndüşmə fürsət olub.

Onlardan biri də Belçika Federal Parlamentinin üzvü Mişel de Maeqd ad-soyadlı şəxsdir. O, martın 13-də Nümayəndələr Palatasında keçirilən dinləmələrdə dünyanın digər yerlərindəki ermənipərəst konqresmen, senator və deputatlar kimi saxlanılan şəxsləri “erməni hərbi əsirlər”, ədalət mühakiməsini “saxta məhkəmə” adlandırıb. İddia edib ki, onların həyatları üçün təhlükə var və o da, guya, bundan narahatdır.

Əvvəla, saxlanılan şəxslərin “hərbi əsir” adlandırılması heç bir halda doğru sayıla bilməz. Azərbaycan tərəfi İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri zamanı saxlanılan bütün şəxsləri xoş məram nümayiş etdirərək geri qaytarıb. Bu istiqamətdə iki ölkə arasında müharibədən sonra bir neçə dəfə mübadilə həyata keçirilib. Sonuncu dəfə bu istiqamətdə 2023-cü il dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin aparatı arasında aparılmış danışıqlar nəticəsində razılıq əldə edilmişdi. Həmin vaxt Azərbaycan humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad etmişdi. Bu baxımdan saxlanılan şəxslərlə bağlı “hərbi əsir” ifadəsi kökündən yanlış və qəbulolunmazdır.

Hazırda məhkəmə prosesi keçirilən şəxslər isə konkret cinayət əməllərinin törədilməsində ittiham olunurlar. Əlbəttə, saxlanılan şəxslərin digər hüquqları ilə yanaşı, təqsirsizlik prezumpsiyası da qorunur. Bu səbəbdən məhkəmənin qanuni qüvvəyə minməmiş hökmü olmadan onları cinayətkar, cani və sair adlarla adlandırmaq doğru olmazdı.

Belçikalı deputatın ədalət mühakiməsini “saxta məhkəmə” adlandırmasına gəldikdə isə qeyd etmək lazımdır ki, onlar üzərində açıq məhkəmə prosesi 2025-ci il yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma “dqr” və keçmiş rejimin qanunsuz silahlı birləşmələri tərəfindən ölkəmizə və xalqımıza qarşı sülh və insanlıq əleyhinə və müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə başlayıb. Bu proses, ilk növbədə, Ermənistanın işğalçı, təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və digər qanunsuz əməllərinin məhkəmə yolu ilə təsbit olunmasına xidmət edəcək.

Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində keçirilən iclaslarda təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin ediliblər. Prosesdə əvvəlcə tərcüməçilər elan olunub, onlara qanunvericiliyin tələbləri, o cümlədən hüquq və vəzifələri izah edilməklə, təqsirləndirilən şəxslərin tərcüməçilərə, habelə proses iştirakçılarının məhkəmə tərkibinə, bir-birinə etirazlarının olub-olmaması dəqiqləşdirilib. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. İlk iclasda çıxış edən hakim qeyd edib ki, təqsirləndirilən şəxslərin hüquq və vəzifələri onlara erməni dilində izah olunub. Bununla yanaşı, məhkəmə iclası zamanı da onların hüquq və vəzifələri bir daha izah edilib. Bu mənada ədalət mühakiməsini şübhə altına almaq ölkəmizin ədliyyə sisteminə qara yaxmaq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Mişel de Maeqdin mühakimə olunan şəxslərin həyatları üçün təhlükənin mövcud olmasına dair iddiası da ağ yalandır. Hər birimiz məhkəmə prosesi keçirilən şəxslərin sağlamlıq durumunun qaydasında olduğunu fotolardan və videogörüntülərdən aydın şəkildə görə bilirik. Belə olan təqdirdə belçikalı deputatın iddiası onun proseslərə qara eynək arxasından baxmasının nəticəsi kimi qiymətləndirilə bilər. Hətta, bununla bağlı keçmiş qondarma rejimin başçılarından olmuş Arayik Arutyunyan da öz fikirlərini bildirib. O, yanvarın 21-də keçirilən növbəti məhkəmə prosesi zamanı deyib ki, sağlamlıqla bağlı problem olduqda təcridxanada həll olunur. Arutyunyan digər təqsirləndirilənlərdən fərqli olaraq, ev dustaqlığına buraxılması barədə vəkili və ya özü tərəfindən vəsatət verilmədiyini, eləcə də səhhəti ilə bağlı şikayətinin olmadığını qeyd edib: “Ümumiyyətlə, digər təqsirləndirilən şəxslərdən sağlamlıqları ilə bağlı şikayət eşitməmişəm”.

Yaxud, təqsirləndirilən şəxs Ruben Vardanyanın bir neçə gün öncə – konkret olaraq martın 12-də yaxınlarına göndərdiyi səsli mesajda dediklərinə diqqət yetirək. Vardanyan deyir: “Bu gün martın 12-sidir. Vəziyyətim əladır. Narahat olmayın, hər şey yaxşıdır. Nə etdiyimi, niyə etdiyimi başa düşürəm, dəstəyiniz və hissləriniz üçün hər kəsə təşəkkür edirəm”. Beləliklə, belçikalı deputatın məhkəmə prosesi keçirilən şəxslərin həyatları üçün təhlükənin mövcud olmasına dair fikri daha bir yalançılıq və böhtan atmaq nümunəsi hesab olunmalıdır.

Qeyd edək ki, Mişel de Maeqd Belçikanın xarici işlər nazirinə müraciət edərək Azərbaycanın bütün beynəlxalq və humanitar hüquqa məhəl qoymadığını iddia edib. O, müraciətində yaxın tarixdə hamının gözü qarşısında baş vermiş hadisələri həyasızcasına təhrif edib: “Cənab nazir, təsəvvür edin ki, bir gün Belçika, beynəlxalq və humanitar hüquqa məhəl qoymayan, bütün belçikalıları digər ölkəyə qaçmağa məcbur edən qonşu dövlət tərəfindən işğal (?) edilir. Bu arada onlar sizi oğurlayır, xarici işlər naziri vəzifəsini ələ keçirir, sizi aylarla həbsdə saxlayır, işgəncələr verir (?) və heç danışmadığınız dildə sizi saxta məhkəmədə mühakimə edir, absurd qərəzlə ittiham edirlər. Əziz həmkarlar, deyəcəksiniz ki, inanılmaz ssenaridir. Lakin, cənab nazir, indi həmkarınızın (?) başına gələn budur”. Bundan sonra belçikalı deputat hazırda mühakimə edilən qondarma rejimdə “xarici işlər naziri” olmuş David Babayanla bağlı danışıb.

Göründüyü kimi, milliyyətcə flamand olan deputat burada etnik separatizmə və qanlı işğalçılıq siyasətinə açıq-aşkar haqq qazandırır. O, uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasından əziyyət çəkən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirlməsini daim qaldıran, sonda bunu təkbaşına icra etmək məcburiyyətində olan işğala məruz qalmış ölkə ilə işğalçı arasında bərabərlik işarəsi qoyur. Nəinki, bərabərlik işarəsi qoyur, hətta, işğalçıya haqq qazandırır. Onun xüsusi olaraq adını çəkdiyi D.Babayana gəldikdə isə son “vəzifəsi” “dqr prezidentinin müşaviri” olan bu şəxs 2023-cü il martın 10-da BBC-yə verdiyi müsahibəsində deyirdi ki, Azərbaycanın tərkibində olmaq istəmirik, yaxşı qonşu olmaq (?) istəyirik. O, həmçinin başından böyük danışaraq Azərbaycan Bayrağının Qarabağda ucalmasından ötrü ölkəmizi Xankəndidə səfirlik açmağa çağırmışdı.

Zənnimizcə, Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndinin mərkəzindəki Zəfər meydanından xalqa müraciətində bu istiqamətdə səsləndirdiyi fikirlərini xatırlatmaq yerinə düşər: “Özünü “prezident” adlandırmış üç təlxək bax, bu binada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə hər şeyə təmkinlə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”.

Belçikalı deputatın “Bütün əlamətlər Bakının Ermənistana qarşı yeni müharibəyə hazırlaşdığını göstərir. Azərbaycan hava limanları İsraildən külli miqdarda silahla dolu təyyarələr qəbul edir. İndi hərəkətə keçməyi təxirə salmağa və ya “yumşaq” diplomatiya ilə məşğul olmağa vaxt yoxdur” kimi fikirlərini isə Azərbaycana deyil, Ermənistana yönəltmək lazımdır. Çünki baş verən bir çox hadisələr, əlamətlər göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Onları yenidən müharibəyə sürükləyən isə Fransa və onun prezidentidir. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan “Avropa monitorinq missiyası” gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Bizim də həmin “monitorinq missiyası” barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropa Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün İrəvana verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür.

Onu da bildirək ki, belçikalı deputat Mişel de Maeqd bir müddət öncə korrupsiya cinayətlərinə görə həbs edilərək azadlıqdan məhrum edilmiş məşhur ermənipərəst senator Robert Menendesin aqibətindən nəticə çıxarmalıdır. Ancaq Menendes kimi rüşvətxor amerikalı siyasətçilər siyahıda hələ sonuncu deyil. Digərləri də var ki, ermənilərin pullarına “yerikləyirlər”. Bunlar Adam Şiff, COP29-un keçirildiyi günlərdə Bakıdan qovulmuş Frenk Pallone, eləcə də Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi və digərləridir. Onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və ölkəmizi gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından tapşırıq alıblar. İndi isə bu rüşvətxorluq əməllərinə görə cavab verirlər. Zənnimizcə, Mişel de Maeqd Menendesin aqibətindən nəticə çıxarmalıdır.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Mart 2025 03:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elməddin Cəfərov: Qurban deyəndə ağla qoyun kəsmək gəlməməlidir

02 May 2025 02:34see221

Vens: Uoltsun istefasının Signal messenceri qalmaqalı ilə əlaqəsi yoxdur

02 May 2025 04:22see145

Microsoftun süni intellekt aləti Recall

02 May 2025 04:02see140

Zamiq Əliyev finalda 120 dəqiqə oynadı

02 May 2025 00:21see137

Sosial yardım adı altında dələduzluq Diqqətli olun!

01 May 2025 20:31see135

“Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” “Traktor” sabah çempion ola bilər

01 May 2025 21:51see127

Sel körpünü dağıtdı

02 May 2025 03:01see123

BMT maliyyə çatışmazlığı səbəbilə genişmiqyaslı islahatlara hazırlaşır

02 May 2025 04:36see123

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see120

Rubiodan İrana XƏBƏRDARLIQ: “Dayandırın…” KONKRET

02 May 2025 20:57see120

Tramp bu kanalların maliyyəsini dayandırdı

02 May 2025 11:48see118

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

02 May 2025 10:19see117

Aİ də qaz idxalı sabit olaraq qalır

01 May 2025 22:30see117

Polşanın bir limanına 20 mindən çox NATO əsgəri gətirilib

02 May 2025 08:14see115

Dollar bu gün neçəyə satılacaq?

02 May 2025 09:32see115

İki ildə göndərdiyi 6 məktubun heç birinə cavab vermədi

02 May 2025 10:02see114

“Qalatasaray” Davinsona yeni müqavilə təklif edəcək

02 May 2025 10:21see111

Kişi qadın münasibətində balansı necə qorumaq olar?

03 May 2025 06:35see111

Tramp Mayk Uoltsın vəzifədən azad olunmasını TƏSDİQLƏDİ Yerinə bu şəxs gəlir KONKRET

01 May 2025 23:01see111

AL: “Yunayted” səfərdə, “Tottenhem” evdə qələbə qazandı YENİLƏNİB

02 May 2025 01:04see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri