Icma.az
close
up
RU
Mehdiyevdən sonra daha bir Ramiz ölkəni silkələdi: O, kimdir? VİDEO

Mehdiyevdən sonra daha bir Ramiz ölkəni silkələdi: O, kimdir? VİDEO

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Aqşin Evrən yazır…

Ramiz Mehdiyevin həbsi ölkənin 1 nömrəli gündəm mövzusudur.

Hər şeydən əvvəl məni heyrətə salan bir nüans var – Mehdiyev vətənə xəyanətdə ittiham edilir. İnsanı vətənə xəyanətə nə vadar edir – bunu özümə heç cür izah edə bilməmişəm. Yəqin, bundan 1300 il sonra da izah edə bilməyəcəm.

Məncə, vətənə xəyanət edənlər başqa bir ölkənin vətəndaşlarıdır: onların öz bayraqları, öz gerbləri, öz himnləri, öz “dəyərləri” var. Hamısı o ölkəyə yığışırlar.

Dünəndən yerli medianın, sosial şəbəkələrin hər tərəfindən Mehdiyevlə bağlı xəbərlər adamın üzərinə dalğa-dalğa gəlir.

Bu dalğaların arasında başqa bir Ramiz haqda xəbərlər isə ləpə kimi gəlib varlığımıza qarışır. Elə özünün “Ləpələr”i kimi…

Ötən gün Ramiz Mehdiyev azadlığını, Azərbaycan xalqı isə əfsanəvi sənətkarını – Ramiz Quliyevi itirdi.

Şübhəsiz, xalq olaraq bizim itkimiz daha böyükdür.

Ramiz Mehdiyevin xalqı nə itirib, onu bilmirəm, gərək xalqından soruşaq.

Biz Ramiz Quliyevi itirmişik.

Bizim Ramiz oğlunu oxutmaq ən sevimli tarını dəyər-dəyməzə satıb.

Mehdiyev Ramiz Azərbaycanı satıbsa, neçəyə satıb – bunu onun xalqı bilər.

Bizim Ramiz məmuru tarın səsi ilə yola gətirib.

Mehdiyev Ramiz məmuru nə ilə yoldan çıxarıb – bunu onun xalqı bilər.

Ramiz Mehdiyevlə bağlı gündəmin fırtınasında Ramiz Quliyevin ölüm xəbəri bəlkə də incə bir xətt kimi keçdi.

Amma bu xətt onun tarının simi kimiydi: əzəmətli, müqəddəs və təmiz.

Gecələrin ən kimsəsiz vaxtında, bir yazı masasının başında, ya da dostlarla xoş bir məclisin sonunda dinlədiyimiz o tar susdu…

Ölüm xəbərini eşidəndə “Ləpələr”i dinləyərək yazdığım şeirdən bu hissəni xatırladım:

“Əkdiyin ağac bir gün yonulub tar olacaq,
Mən də pencəyimi o tarın səsindən asıb qayıdacam”.

Görüşənədək, Ramiz müəllim!

Bir gün pencəyimizi o tarın səsindən asıb qayıdacağıq.

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri