Icma.az
close
up
RU
“Mehdiyevin həyatı plagiat olub” Əvəz Zeynallı

“Mehdiyevin həyatı plagiat olub” Əvəz Zeynallı

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Mehdiyev on illərlə Prezident Administrasiyasında, AMEA-da, Elmlər Akademiyasında yüzlərlə sənəd, şəxsi qeydlər, arxivlər toplayıb. “Akademikin mirası” elmi və siyasi ideologiyası yavaş-yavaş silinir. Akademik titullar uzun illər dövlət idarəçiliyində legitimlik simvolu idi. Artıq akademik statuslar dövlət idarəçiliyində əvvəlki qədər çəkisi olmayan simvollara çevrilib. Mehdiyev və onun kimilər artıq dövlət və elmi idarəetmənin dayaqları sayılmır.

Bu arxiv indi haradadır?

Mehdiyevin şəxsi elmi fonduna daxil olan materialların bir hissəsi dövlət arxivinəmi, yoxsa özəl fondlara ötürülür?

Məsələ ilə bağlı Tribuna İnformasiya Agentliyinə açıqlama verən tənqidçi, araşdırmacı jurnalist, publisist Əvəz Zeynallı bildirib ki, Mehdiyevin akademik titulları, hansısa arxivi, onun şəxsi elmi fonduna daxil olan materialların dövlət arxivinəmi və ya özəl fondlara ötürüldüyü haqqında sual mənə çox maraqlı gəldi.

Ə. Zeynallının sözlərinə görə, Mehdiyev Azərbaycanın ən bisavad akademiklərindən biri olub. Heç bir əsəri özü yazmayıb. Onun daim qulluğunda duran alim-professor heyəti olub. Nökər, qul kimi bu millətin ziyalılarını işlədib. Ramiz Mehdiyev bu millətin qənimi olub.

“Bu adamın hansı özəl arxivi ola bilər?!”

“Mehdiyevin Azərbaycanı satma fonduna, ölkədə cəsusluq şəbəkəsi qurma fonduna, ölkənin qiymətli adamlarını öldürmək, çürütmək, həbsxanalarda uzun illər həbs yatmalarına məcbur olma hərəkətlərinin bir hesabı ola bilər”, – Ə. Zeynallı vurğulayıb.

Publisist qeyd edib ki, onun elmi fond adında heç bir şeyi yoxdur. Onun bütün əsərləri plagiatdır. Hamısı oğurluqdur. Bir az keçsin, onları yazan adamlar hamısı çıxıb neçiyə, niyə yazdığını açıqlayacaqlar. Nəyin qarşılığında yazıblar açıqlayacaqlar. Mehdiyev bu ölkənin ən amansız, ən vicdansız, ən qəddar dövlət məmurlarından biridir. Azərbaycan tarixinə hələ beləsi gəlməyib. Mehdiyev “Şöklü qara Məlikdir”.
İndi, düzdür, müəyyən medialar Mehdiyevlə bağlı yarışa giriblər, onu vurmaq üçün, haqqında müəyyən materiallar dərc etmək üçün. Güman ki, mən bu haqda danışacağam. Çünki mən 2011-2012-2013-cü illərdə Mehdiyevin dustağı olaraq Ağır Cinayətlər Məhkəməsi prosedurundan keçmişəm. O zaman bu gün Mehdiyevi söyən, bizim bu dostlar, media dediyimiz adamların heç biri Ramiz Mehdiyevin qorxusundan məhkəməyə gəlmədi. Heç bizim informasiyalarımızı da işıqlandırmadılar. Mehdiyev şər ocağı, bir amansızlıq budağı, millətin düşməni kimi yüzlərlə, minlərlə fakt var. Əlimdən gələn qədər mən bu barədə “Xural” qəzetində dərc etmişəm. Və buna görə də onun qəzəbinə tuş gəlmişəm. 2011-ci ildə də buna görə o, məni həbs etdirib. 2022-ci ildə də onların əli var idi. O şəbəkə getməyib ki. Bir Mehdiyev gedir, o biri Mehdiyev gəlir. Bu millətin elmi fonduna onun heç bir qatqısı ola bilməz”.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri