Icma.az
close
up
RU
Mehdiyevin “qara planlar” qurduğu bağ evi

Mehdiyevin “qara planlar” qurduğu bağ evi

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

PA-nın sabiq rəhbərinə irəli sürülən ittihamlar ağır və düşündürücüdür, çünki söhbət 87 yaşlı şəxsdən gedir – O yaşda adamlar axirətdə deyillərsə, o barədə düşünərlər, Mehdiyev isə…

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, Ramiz Mehdiyevin in ən ağır maddələrlə ittiham irəli sürülərək barəsində 4 aylıq ev dustaqlığı qərarı əslində sensasiya olmadı. Çünki uzun illər, ən azı 1995-ci ildən ta 2019-cu ilədək toxunulmaz statusda olan Mehdiyev “hər şeyə qadir tilsimli çubuğunu” da Prezident Administrasiyasından uzaqlaşdırılanda faktiki itirmişdi. “İtirmişdi” deyirik, amma məhz həmin ilin oktyabrında Mehdiyev bir vaxtlar katibi olduğu Təhlükəsizlik Şurasında bu dəfə üzv statusu almışdı. Adı bu gün səhərədək də yenə rəsmi olaraq o siyahıda qalır, amma qara rənglənərək, çox ilginc, həm də simvolik. Yeri gəlmişkən, Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavinidir.

Siyasət olimpinin zirvəsindən düşürülən Mehdiyev bu dəfə AMEA-da prezident kürsüsünə oturdu. Milli Elmlər Akademiyası zatən uzun illər onun “arxa baxçası” olmuş, burada bütün titullu təyinatlar, elmi adlar, rəhbərlik kürsüsü, İdarə Heyətinə üzvlər məhz Mehdiyevin rəsmi və ya qeyri-rəsmi razılığı ilə baş tuturdu. AMEA Mehdiyevin “son qalası”, hələ hakimiyyətdə təsirlərini saxladığını, “bəlkə də qaytardılar” kimi rəvayətləri yaşadacaq “ocaq” idi. Mehdiyev tezliklə buranı da intriqaların mərkəzinə çevirdi, “arzuolunmaz adamları” uzaqlaşdırmaq üçün hətta maliyyə yoxlamaları başlatdı, “büdcə pullarının yeyilməsi” adı altında bəzilərini qorxu və təhdid altında saxlamaq istədi. Amma bütün bu proses tezliklə özünün əleyhinə çevrildi, gözləmədiyi adamlar belə, ən yüksək tribunalardan Mehdiyevin istefaya getməsini tələb etdi. Mehdiyev mifinin bu dəfə “külləri” də AMEA-da göyə sovruldu, burada ağsaqqal “yüngülsaqqal” edildi. Mehdiyev əlbəttə ki, müqavimət göstərmək də istədi, amma anladı ki, zamanı bitib.

Mehdiyevin mümkün həbsi ilə bağlı xəbərlər də istefa ərizəsi yazıb AMEA-nı tərk etdikdən sonra mediaya yol tapdı. “Mehdiyevin həbsi gözlənilir” kimi xəbər başlıqları daha qadağan olunmuş mövzu deyildi, həm də “od olmayan yerdən tüstü çıxmaz” məntiqi idi. Mehdiyevin başı üzərində təhlükə olduğunu bu günlərdə baş prokuror Kamran Əliyev də yada salmışdı. Baş prokuror adını çəkməsə də, məhz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrlə bağlı (2019–2021) bir neçə cinayət araşdırması aparıldığını demişdi. Dünən gecə “Mehdiyev həbs edildi” xəbərini ilk görənlər də zənnimcə, mənim kimi, onun AMEA-dakı cinayətlərə görə məsuliyyətə cəlb edildiyini düşünüb. Amma sən demə, Mehdiyev indi o qədər ağır maddələrin təsiri altında ittiham edilir ki…

Məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir. Bu ittihamlar düşündürücüdür. Çünki söhbət 87 yaşlı şəxsdən gedir. Amma onun adı Ramiz, soyadı Mehdiyevdirsə, rəy dəyişir. Bu da sizə daha bir Mehdiyev mifi… O yaşda adamlar axirətdə deyillərsə, o barədə düşünərlər. Mehdiyev isə…

Mehdiyevin sovet-kommunist Azərbaycanı aparatında ideoloji katib işləyəndən “birinci şəxs” arzusu şübhəsiz olub. Amma Mehdiyev görünür, həm də xarakterinə görə birinci şəxslərin yanında “ikinci olmağa” üstünlük verib, buna görə də Azərbaycan hakimiyyətində “boz kardinal” titulu qazanıb.

Nəhayət, Mehdiyevdən danışırıqsa, onun sirli bağını yada salmaqda da fayda var. “Mehdiyevin bağı”nda hətta müxalifətin taleyinin də həll olunduğu haqda iddiaları köhnə hərakatçılar, köhnə kəşfiyyatçılar, köhnə yazarlar unutmayıb yəqin. Mehdiyev və çevriliş etmək üçün topladığı tərəfdarları da bu dəfə də o bağdan çıxarlarsa…

İstintaqın rəsmi məlumatlarını gözləyək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Oktyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri