Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb Qardaşının payı azalıb
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən il “Bank BTB” ASC səhmdarlarının payında dəyişiklik olub.
Yeniavaz.com xəbər verir ki, bankın əsas səhmdarı olan Nigar Mehdiyevanın payı 74,99%-dən 76,74%-ə yüksəlib.
Məlumat üçün bildirək ki, banka birbaşa nəzarət edən Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir.
Nigar Mehdiyevadan başqa bankın ikinci ən böyük səhmdarı olan Rza Sadiqin payı isə 19,01%-dən 17,68%-ə düşüb.
Onu da qeyd edək ki, Rza Sadiq Nigar Mehdiyevanın qardaşıdır. Nigar Mehdiyeva və Rza Sadiq uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladlarıdır.
Bankın üçüncü səhmdarı olan Tükəzban Mahmudovanın payı isə 6%-dən 5,58%-ə kimi azalıb.
Nizamnamə kapitalı 71 milyon 450 min manat olan bank 2010-cu ildə dövlət qeydiyyatına alınıb.
Elnur Əli
Baxış sayı:137
Bu xəbər 03 İyun 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















