Icma.az
close
up
RU
Mehdiyevin Rusiyaya zəngi: DTX yeni gizlinləri açıqladı

Mehdiyevin Rusiyaya zəngi: DTX yeni gizlinləri açıqladı

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti və akademik Ramiz Mehdiyevin cinayət işi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün yaydığı açıqlama və video-sübutlar, səs yazıları bir çox mübhəm məqamlara aydınlıq gətirməsi baxımından önəmli oldu.

Axar.az xəbər verir ki, ictimai sualların əhəmiyyətli qismi xüsusilə dünənki görüntülərlə cavablandı: qurulan plan, onun işləndiyi-yayıldığı nəşriyyat/məkan, “kuryerlər”, külli miqdarda nağdlaşdırılmış vəsait və bu vəsaitin “axınında” iştirak edənlər...

Bunları hər kəs görə bilər, “görünməyən” və yaxud cəmiyyətə ötürülən 2 mesaj isə daha qiymətlidir:

1. Fuad Qəhrəmanlı etirafı

2020-ci ilin iyun hadisələrində ifadə verən Fuad Qəhrəmanlının etiraflarının uzun müddətdir davam edən dövlətə xəyanət prosesinin tərkib hissəsi kimi istintaq prosesində istifadə edilməsi ayrı məsələdir və bunun qiymətini peşəkarlar verə bilər.

Ancaq mənəvi planda bu görüntü-video, Fuad Qəhrəmanlının Əli Kərimliyə qarşı səmimi etirafı əslində bu qurumda heç bir intellekt, düşüncə, ideologiya, əqidə, uzaqgörənlik olmadığının tam bir sübutudur: F.Qəhrəmanlının timsalında bir daha təsdiqləndi ki, uzun illər öncə iflasa uğrayan bu siyasi təşkilat tam deqradasiyaya uğrayıb - burda “mübarizə” hansı yollasa asan qazanc əldə etmək və yaxud bu mümkün olmadıqda xaricə sığınıb, siyasi sığınacaq alıb, müftə yaşamaqdan başqa bir şey deyil. İstənilən anda isə həvəslə bir-birini ittiham etməyə qadir olan, günahı bir-birinin üstünə atmağa hazır və bir-birinə qarşı işverənliyi rahatlıqla bacaran bir neçə nəfərin şəxsi maraqlar üzərində müvəqqəti izdivacıdır bu qurum.

Tam iflasdır, tam süqutdur.

Görəsən, DTX-də daha hansı etiraflar var?..

2. Ramiz Mehdiyevin görüntüsü

Ramiz Mehdiyevin evindən görüntülər olduqca qısa idi, ancaq bu video belə onun üzünün DTX əməkdaşlarının önündə göy qurşağına döndüyünü müşahidə etməyə kifayət etdi. Yəni rəngi yalnız saralmamış, solmamış, ağarmamışdı - yeddi rəngə çalırdı sifəti.

Bəlkə də ilk dəfə bu dərəcədə dəhşətli qorxu keçirirdi. 35 il öncə Sabir Rüstəmxanlını küçədə qucaqlayıb, dolana bilmədiyini, çörək almağa imkanı olmadığını deyən Ramiz Mehdiyevin yalnız evindən nağd şəkildə 17 milyon çıxırdı.

O, bu vəsaiti niyə nağdlaşdırıb villasına yığmışdı? O, bu qədər böyük məbləği nağdlaşdırmağın dövlətin xüsusi xidmət orqanlarına əlavə sübut verdiyinin fərqində deyildimi?

Fərqində idi. Bəs, niyə buna “cəsarət” edirdi?

3. Ramiz Mehdiyevin Rusiyaya zəngi

Ramiz Mehdiyevin Rusiyaya zənginin üzə çıxardığı həqiqətlər də heyrətamizdir:

- Mehdiyev Rusiya xüsusi xidmət orqanlarının Rusiya Elmlər Akademiyasındakı kuratoruna zəng edir, ancaq azərbaycanca salam verir.

Rusca danışmağa başlayanda isə məlum olur ki, bunun güclü (“gürcü” də demək olar) ləhcəsi var. Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin aspirantı olub, Rusiyada oxuyub, 4 il orda yaşayıb, namizədlik işini orda yazıb, müdafiə edən şəxs də bu qədər ləhcə ilə danışarmı?

Digər tərəfdən, rusca Ramiz Mehdiyev ana dili olmaya bilər, ancaq “ailə dili” olmalıdır - o, gürcü olduğu bildirilən xanımı ilə ailədə məgər gürcücə danışır?

- Bu fakt sübut etdi ki, Ramiz Mehdiyevin doğrudan da savad və intellekt baxımından ciddi problemləri var və onun saysız-hesabsız əsərlərinin müəllifi özü deyil. O, hər yerdə sadəcə istismarçı olub.

- DTX Ramiz Mehdiyevin yalnız 3 zəngini yayıb - biri Rusiya EA-dakı FSB kuratoru, digər ikisi isə azərbaycanlı “kuryerlər”.

Bu da təsadüf deyildi - Ramiz Mehdiyevin sözün hər mənasında boyunu göstərirdi. Bu “balaca”nın sözü yalnız FSB-nin Rusiya EA-dakı kuratoruna, yəni qərarvermə qabiliyyəti olmayan şəxsə çata bilir.

Halbuki AMEA prezidenti olarkən Rusiya xüsusi xidmət orqanlarının rəhbər heyətini kabinetində təmtəraqla qəbul edirdi; halbuki PA rəhbəri olarkən FSB rəhbərliyi ilə vaxtaşırı danışır və görüşürdü.

Ramiz Mehdiyevin “köməkçi ilə” danışmağa cəhd edəcəyi və yaxud poçt göndərəcəyini bildirməsi əslində “hansı boyda” olduğunun göstəricisidir.

O, heç kəsə birbaşa zəng edə bilmir: halbuki edirdi - PA-nın dövlət telefonu və yaxud AMEA-nın dövlət nömrəsi ilə.

Mehdiyev səhv hesablayıb - dövlətin kölgəsini öz kölgəsi sayıb.

Qəribədir, Mehdiyev kuratora planları barədə “ürəyini” açır - qarşı tərəf isə inadla “bu sizin daxili işinizdir” deyə, qoca akademiki başından etməyə çalışır.

Hamı ilə açıq danışır - azərbaycanlı “kuryerlər”lə də.

Daha bir cəsarətmi?

Bu, yalnız pulun verdiyi “güc-cəsarət” deyil, həm də Rusiya FSB-sinə özünü təslim etməyin yanlış “əminliyi”dir.

Hər zaman belə yaşayıb: intriqalar, daxili gərginlik, ölkə içində “düşmən ovlama”, Rusiya xüsusi xidmət orqanına söykənmə, onun göstərişlərinə əməl etmə və “sığorta”.

R.Mehdiyevin azacıq düşüncə və qabiliyyəti olsaydı, anlayardı ki, “köməkçi” ilə danışmaq səviyyəsində belə deyilsə, artıq silinib, yoxdur!

Əvəzində Mehdiyev inad edir, açıq telefonla öz aləmində qəsdən o cür sözlərlə Azərbaycan hakimiyyətinə “mesaj” ötürür, ondan qorxulması gərəkdiyi, onunla hesablaşılması lazım olduğunu “çatdırır”.

Bu buyruq qulu olan qoca elə zənn edirdi ki, AMEA-da hikkəsini davam etdirdisə, ona heç nə etmədilərsə, bütün yaramazlıqlarına rəğmən, ona qocalığını təmtəraqlı villada başa vurmasına şərait yaradıldısa, bu, FSB-nin xidmətidir.

Bu korafəhm, savadsız, intellektsiz, siyasi səbatı, əqidəsi, etibarı, ideologiyası olmayan qoca bilmir ki...

Yox, daha bilir yəqin ki - başa salırlar onu...

Yeri gəlmişkən, Ramiz Mehdiyevlə adı çəkilənlərin epitetləri necə də oxşardır - yalnız “qoca” fərqlidir, o da fiziki anlamda.

İctimai anlamda isə siyasi meyitlərin yaş fərqi də olmur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Fevral 2026 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri