Icma.az
close
up
RU
Mehdiyevin “vurulduğu” dönəmdə mandat alanları niyə ona bağlayırlar? AT İZİ, İT İZİNƏ QARIŞIB

Mehdiyevin “vurulduğu” dönəmdə mandat alanları niyə ona bağlayırlar? AT İZİ, İT İZİNƏ QARIŞIB

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Bir sıra dövləti cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işinin başlaması ölkənin əsas siyasi mövzularından biri olaraq qalmaqdadır.

Uzun illər Azərbaycan hakimiyyətinin ən üst səviyyəsində təmsil olunan Ramiz Mehdiyevin xəyanətləri bir-bir açılmaqdadır.

Bu prosesdə vaxtilə Ramiz Mehdiyevin sayəsində ucalanların da qoşularaq  onun əleyhinə danışması cəmiyyətdə ikraha səbəb olub.

Mehdiyev haqqında yazılanlarda diqqətçəkən məqamlardan biri də bəzi fürsətcil adamların yazdıqlarıdır.

Belə ki, bu cür adamlar yaranmış fürsətdən istifadə edib bəzi şəxsləri də Mehdiyevə bağlamağa cəhd edirlər.

Ancaq ötən illərin hadisələrinə nəzər salanda həqiqət başqa şeyi üzə çıxarır.

On milyondan bir az çox əhalisi olan bir ölkədə hamımın bir-birini tanıması da normaldır. Bu baxımdan Ramiz Mehdiyevin  adamlarının kim olduğunu ictimaiyyət çox yaxşı tanıyır.

Mehdiyevin vaxtilə əlindən tutaraq vəzifələr verdiyi, hətta bugün vəzifədə olanları da hamı tanıyır.

Amma buna baxmayaraq, mediada Ramiz Mehdiyevə bağlı daha çox iki adamın – Zahid Orucun və Məlahət İbrahimqızının adı çəkilir, onların üstünə gedilir.

Ancaq bu şəxsləri Ramiz Mehdiyevə bağlamaq absurddur.

Çünki, hər iki şəxs Ramiz Mehdiyevin seçkilərə müdaxilə etmək imkanlarının olmadığı dövrdə iki dəfə deputat seçilib.

Bu o dövr idi ki, Ramiz Mehdiyevin iradəsilə təyin olunan icra başçıları, ayrı-ayrı vəzifəli adamların  “vurulma” prosesi gedirdi. 

Ancaq bugünlərdə mediada gedən  bəzi yazılarda Zahid Orucla Məlahət İbrahimqızını zorla Mehdiyevə yapışdırmaq istəyirlər.

Çox da uzaq olmayan yaxın tarixə nəzər saldıq.

“Azpolitika”saytında 2020-ci ildə COVİD pandemiyası dövründə R. Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı maraqlı yazılarla rastlaşdıq.

PA-nın sabiq rəhbərinin Prezidentin pandemiya ilə bağlı qərarının əksi olaraq, onların etdikləri böyük toy mərasiminə qarşı ilk etiraz edənlər arasında Məlahət İbrahimqızı və Zahid Orucun da adı var. Hər iki deputat heç bu toyda dəvət belə almayıb. Hətta Məlahət İbrahimqızı bu toy mərasimində iştirak edən vəzifəli şəxsləri də kəskin tənqid edib.

Bu iki deputatın adının dövlət büdcəsini talayan Ziya Məmmədov, Cahangir Hacıyev, neft oğrusu Adnan və Eldar Mahmudov kimi dövləti cinayətkarlarla yanaşı çəkilməsi də yazının obyektivliyini şübhə altına alır və ortada kiminsə qərəzi hiss edilir. Əlbəttə bu məqamlar da faktlara söykənməyən yazının həqiqətlə uzlaşmadığını ortaya çıxarır.

“Ramiz Mehdiyev işi”gündəmə gəldiyi ilk günlərdə bu deputatlar mətbuatda münasibət bildiribdir.

Millət vəkili Məlahət İbrahimqızı hətta Milli Məclisin 17-də keçirilən plenar iclasda çox açıq və kəskin çıxış edib və bu çıxış da demək olar ki, ölkənin bütün media səhifələrində, hətta bir çox televiziyalarda bu çıxış yayılıb. Yəqin ki, cinayət işini aparan orqanlar mediada yayılan bu şəratma yazılarını  nəzərə alacaq. Görəsən, bu ziddiyyət hardan qaynaqlanır. Əslində otuz ilədək dövlətin yüksək kürsülərində yüksək vəzifə tutan,nəinki bütün medianı, hətta trolları belə idarə edən R.Mehdiyevin hələ də mühüm vəzifələrdə əlaltılarının olmasını da hamı bilir. Bu əlaltılar da imkan düşdükcə öz niyyətlərini həyata keçirməyə çalışırlar.

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Oktyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri