Icma.az
close
up
RU
Mehdiyevlər ailəsinin ölüm maşını : orada kimlər məhv edilib? ADLAR

Mehdiyevlər ailəsinin ölüm maşını : orada kimlər məhv edilib? ADLAR

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən və Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus olan “German Hospital” yaxın günlərdə fəaliyyətini dayandıracaq. Məlumatlara görə, artıq bəzi həkimlər və əməkdaşlar işdən çıxarılıb, bir neçə şöbə isə faktiki olaraq xidmət göstərmir. Üstəlik, klinikanın adı son vaxtlar istintaqla əlaqədar materiallarda da hallanıb. Bu səbəbdən tezliklə klinikanın tamamilə sıradan çıxacağı gözlənilir. Qeyd edək ki, “German Hospital”ın adı indiyə qədər müxtəlif qanunsuzluq və qalmaqallarda hallanıb.

Globalinfo.az xəbər verir ki, “Bakupost.az” bununla bağlı araşdırma aparıb.

Araşdırma zamanı aydın olub ki, 2010-cu illərdə yaradılan tibb mərkəzi 10 ilə yaxın müddətdə “Astoriya” adı altında fəaliyyət göstərib. Yarandığı gündən adı həkim səhlənkarlığı ilə yadda qalan klinika, xüsusən də, onun doğuş şöbəsi ilə bağlı qalmaqallar səngiməyib.

Belə ki, “Astoriya”da uzun müddət müvafiq lisenziya olmadan təbii doğuş və qeysəriyyə əməliyyatları həyata keçirilib. Bu xidmətlərin bərbad vəziyyətdə olduğu isə klinikada baş verən ana və uşaq ölümü halları ilə bağlı şikayətlərdən də bəlli olur.

Məsələn, 2015-ci ildə 29 yaşlı İlahə Musazadə “Astoriya” Tibb Mərkəzində doğuş zamanı dünyasını dəyişib. Xəstənin yaxınlarının dediyinə görə, təbii yolla baş verən doğuşu ağrısız etmək ucun xəstə anestaziya olunub. Bu zaman onun halı pisləşib və ürəyi dayanıb.

Yusif Sadiyev adlı vətəndaşın isə 2018-ci ildə həmin klinikada əkiz uşaqları dünyaya gəlib. Əvvəlcə hospitalın həkimləri doğulan uşaqların yaxşı olduğunu bildiriblər. Lakin valideynlərə heç bir analizin cavabı göstərilməyib. 3 gündən sonra isə bildiriblər ki, uşaqlardan biri ölü doğulub.

Klinikada baş verən ardıcıl ölüm hadisələrindən sonra daxil olan şikayətlər nəticəsində Səhiyyə Nazirliyinin təzyiqi ilə klinika bir il müddətinə fəaliyyətini dayandırıb. Reputasiyası korlanan “Astoriya” Tibb Mərkəzi Mehdiyevlərin kürəkəninin Gülya adlı dayısı qızı və Səttar adlı qardaşı oğlunun rəhbərliyə ilə 2020-ci ildə adını “German Hospital”a dəyişərək əsasən, ginekologiya və doğuş xidməti üzrə təkrar fəaliyyətə başlayıb. Amma bu klinikanın fəaliyyətində heç nəyə təsir etməyib, tam əksinə vəziyyət daha da pisləşib.

Belə ki, sertifikatı olmayan ginekoloq və tibb işçilərinin çalışdığı klinikada ictimai rəydə böyük əks-səda doğuran qalmaqallar davam edib. Məsələn, bir müddət əvvəl “German Hospital”da çalışan Ləman Əıiyeva adlı ginekoloqun əməliyyatı çəkib sosial şəbəkədə paylaşması ölkədə ciddi ajiotaj yaratmışdı.

2022-ci ilin aprelində isə Türkan Bayramova adlı şikayətçi yerli mətbuata bildirmişdi ki, “German Hospital”ın həkimi Zeynəb Şaqidulinanın səhlənkarlığı nəticəsində həyatı, demək olar ki, məhv olub. Belə ki, əməliyyat zamanı qadının sağlamlığına ciddi ziyan dəyib, üstəlik, o, ana olmaq imkanından məhrum olub.

Vüsal Zeynalov adlı şikayətçi isə 2023-cü ildə “German Hospital”ın qarşısında canlı yayım açaraq, həyat yoldaşının hospitalda göz görə-görə ölümə sürükləndiyini deyib.

Qeyd edək ki, 2023-cü ilin məlumatına görə, “German Hospital”da təbii doğuşun qiyməti 900 manat, qeysəriyyə isə 1200 manat olub.

“German Hospital”dakı digər şöbələrdəki yarıtmazlıq ginekologiya və ya doğum xidmətindən geri qalmayıb. Məsələn, 2023-cü ildə müğənni Roza Zərgərli sosial şəbəkə hesabında açdığı canlı yayımda klinikadan şikayət etmişdi: “Mayın 2-də məni və yaxınımı əməliyyata saldılar. Əməliyyatdan sonra məlum oldu ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan Abdullayev və klinikanın rəhbəri İlham Əliyev insan öldürənlərdir”.

Onu da qeyd edək ki, əgər əvvəllər, daha dəqiqi, “German Hospital” “Astoriya” Tibb Mərkəzi adı altında fəaliyyət göstərdiyi illərdə klinikaya Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev öz adamları vasitəsilə nəzarət edirdisə, ad dəyişdikdən sonra o, klinikanın idarəçiliyini öz üzərinə götürüb.

Araşdırma zamanı o da aydın oldu ki, klinikanın külli miqdarda vergi və kommunal borcu var. Bir neçə il qabaq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Astoriya” Tibb Mərkəzinin 60 min manatdan çox vergi borcu yaranması ilə bağlı yaydığı məlumat da bunu təsdiq edir.

Bundan başqa, ötən ilin məlumatına görə, Ramiz Mehdiyevin kürəkəninə məxsus şirkətlərin dövlətə 4 milyon manatdan çox vergi borcu olub. O, bu məbləğin bir hissəsini ödəsə də, hazırda yenə də böyük miqdarda vergi borcu qalmaqdadır.

Klinikaya yaxın şəxslərin bildirdiyinə görə, Ramiz Mehdiyev amilinə görə, uzun müddət dövlət qrumlarının nümayəndələri “German Hospital”a yaxın düşə bilməyiblər. Belə ki, İlham Əliyevin hətta klinikaya vergi borcuna görə gələn əməkdaşları döyüb klinikadan qovmaq kimi göstərişlər verdiyi bildirilir. Oxşar hadisələrin kommunal xidmət haqları tələbi ilə klinikaya müraciət edən dövlət qrumları əməkdaşlarının başına gəldiyi də bildirilir.

Xatırladaq ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev 2010-2020-ci illərdə Milli Məclisin deputatı olub. O, 2020-ci ilin avqustunda, pandemiya dönəmində qadağanı pozaraq, qızına toy etdiyinə görə 15 sutka həbs olunmuşdu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri