Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Məhəmməd Əsədovun mənə son zəngi...

Məhəmməd Əsədovun mənə son zəngi...

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

1991-ci il noyabr ayının 20-də Azərbaycanın bir sıra görkəmli dövlət xadiminin, jurnalist və hərbiçilərin faciəli ölümü ilə nəticələnən Qarakənd faciəsi baş vermiş, həmin insanları aparan vertolyot erməni terrorçuları tərəfindən vurulmuşdu. Bu qanlı cinayətdə həlak olanların ictimai-siyasi həyatımızdaki yerini və xidmətini unutmaq olmaz. Onların bəziləri mənim yaxın dostlarım və həmkarlarım idilər. Öz müstəqil dövlətini yenicə bərpa etmiş Azərbaycan Respublikasının sonrakı taleyində bu insanların hər biri ciddi rol oynaya, bəlkə də sonralar qarşımıza çıxan bəzi səhvlərdən qorunmağımıza kömək edə bilərdilər. O günlərin iki gözlənilməz telefon zəngini ömrüm boyu unutmayacağam.

Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, görkəmli iqtisadi-siyasi xadim Vəli Məmmədov, jurnalist və tədqiqatçı Osman Mirzəyev, jurnalist Alı Mustafayev... Hər biri ilə bağlı unudulmaz xatirələrim var.

Noyabrın 18-də Məhəmməd Əsədov zəng vurub məni təbrik etmişdi. Həyatımda ciddi bir hadisə baş vermədiyindən təbrik məni təəccübləndirmişdi. Nazir dostum “Şəhərin mərkəzində sənə ev verirlər” demişdi və sonra mənim xəbərsiz olduğum bu məsələni aydınlaşdırmışdı: “Anam xəstədir, yuxarı mərtəbələrdə qala bilmir, ona görə Ayaz Mütəllibovdan xahiş etmişdim ki, mənə yaxın bir yerdə, 1-ci mərtəbədə ev versinlər. O da Nazirlər Kabinetinin üst tərəfindəki binada yer ayırtdırdı, sağ olsun. Sonra da tapşırdı ki, indiki evimi sənə verim”.

Mən Ayaz Mütəllibova və ümumiyyətlə rəsmi idarələrin heç birinə müraciət edib ev istəməmişdim. Buna görə də təəccübləndim. Məhəmməd Əsədov, “Sən müraciət etməsən də, Ayaz Mütəllibov harada yaşadığını bilir. Komitə sədridir, amma 8-ci kilometrin o biri başında yaşayır. Bəzən təcili yığışmaq lazım gəlir” - dedi.

Sonra Məhəmməd Əsədov mənzilinin Hökümət Evinin arxasında olduğunu dedi və gülə-gülə əlavə etdi ki, çox hündürdədir, 15-ci mərtəbədə, bəlkə bəyənməyəcəksən, gərək gələsən, baxasan, oturub bir stəkan çay içək, halallaşaq. “Təmirini də sənin sumqayıtlı dostların ediblər”, - dedi. “Sabah görüşək?”- deyə soruşdum.

“Sabah yox, iki günlük səfərim var, gedib gəlim, zəngləşərik”, - dedi.

Mən onun işinin çoxluğunu nəzərə alıb dəqiqləşdirmək istədim: “Sən zəng edəcəksən, yoxsa mən?!”

“Mən zəng vuraram”, - dedi.

Bu, məni ev sıxıntısından qurtaran böyük bir hadisə idi və intizarla Məhəmməd Əsədovun zəngini gözləməyə başladım. İki gün keçdi, amma ondan xəbər gəlmədi. Utandığımdan mən də zəng vurmadım. “Neçə müddətdir dözüb, bir günə dözə bilmir”, - deyə bilərdi. Üçüncü gün də zəng gəlmədi. Axşam xəbərlər proqramından Məhəmməd Əsədov başda olmaqla 22 nəfərin həlak olması haqda məlumat yayıldı. Ağlasığmaz, bütün milləti donduran, ürəyimizi suallarla dolduran bir faciə idi.

Onlar Ağdama yola düşdükləri gün, səhər tezdən Azərbaycan ədəbi və siyasi həyatının təkrarsız nümayəndələrindən biri, insanlığı və parlaq şəxsiyyəti ilə mənə doğma olan Vəli Məmmədov da zəng vurub, “Gərək bu günlərdə vaxt edib görüşək” demişdi. Onun günlərinin nə qədər dolu olduğunu bilirdim, buna görə təklifi gözlənilməz idi. Sonra, “Bu gün Qarabağa gedirəm. Tofiq İsmayılov da gedir, onu tək qoymaq istəmirəm” dedi.

Onunla da sonuncu görüşümüz baş tutmadı. Bu dəstəyə o özü, könüllü qoşulmuşdu.

Beləliklə, 20 noyabr terroru həm də yaxın dostlarımı itirdiyim bir şəxsi faciə idi. Onlar əvəzsiz insanlar idilər. Tofiq İsmayılovun Vəli Məmmədovla bərəbər SSRİ Ali Sovetinin sessiyasına necə ciddi məsuliyyət və qəzəblə hazırlaşdıqlarına şahid olmuşdum.

Osman Mirzəyev “Adlarımız” kitabının sevincini hələ tam yaşayıb qurtarmamışdı.

Alı Mustafayevin fikrində Qarabağdan yeni reportajlarının sujetləri dolaşırdı.

Hamısının arzuları yarıda qırıldı. Ömürləri ilə birgə.

Mənə elə gəlir ki, İkinci Qarabağ savaşında əsgərlərimizin intiqam hissini coşduran həm də onların unudulmaz xatirəsi idi.

Ruhları şad olsun!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Noyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see343

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see329

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see325

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see306

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see300

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see298

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see289

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see280

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see268

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see264

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see252

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see251

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see246

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see242

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see237

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see229

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see225

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see222

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see221

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri