UEFA İntizam Komitəsi Azərbaycan millisi ilə bağlı araşdırmalara başladı
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA İntizam Komitəsinin Andorra – Azərbaycan (1:3) oyunu ilə bağlı araşdırmaya başladığı bildirilir.
Lent.az Sportliqa.az-a istinadən xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində Emin Mahmudov meydanı tərk edərkən kapitanlıq sarğısını qəbul etmək üçün Bədavi Hüseynov meydana daxil olub.
Lakin sonradan məlum olub ki, Bədavi Hüseynov oyunun iştirak ərizəsində qeydiyyata alınmayıb.
Maraqlıdır ki, AFFA-nın rəsmi sosial şəbəkə hesablarında qarşılaşmadan əvvəl paylaşılan heyət siyahısında da Bədavi Hüseynovun adı yer almayıb.
İddialara görə, AFFA rəhbərliyi oyundan sonra yaranmış vəziyyəti ictimaiyyətdən gizlətmək məqsədilə həmin paylaşımın silinməsi barədə göstəriş verib. Nəticədə post Facebook və Instagram hesablarından silinsə də, Threads platformasında qalıb.
Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə texniki məğlubiyyət ala bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 21 Noyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















