Məhəmməd Hollandiyada ən çox seçilən 4cü oğlan adı oldu
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hollandiyada oğlan uşaqlarına qoyulan adlarla bağlı diqqətçəkən statistika açıqlanıb.
Metbuat.az xəbər verir ki, "Məhəmməd" adı 2024-cü ildə verilən adlar siyahısında dördüncü yeri tutub. Bu barədə Hollandiya Sosial Müdafiə Təşkilatı açıqlama verib. Açıqlamaya görə, ötən il ölkədə yeni doğulan uşaqlar üçün ən çox seçilən kişi adı “Nuh” olub. 922 oğlana Nuh adı verilib. "Məhəmməd" adı siyahıda ən çox verilən adlar arasında dördüncü yerdə qərarlaşıb. 715 oğlana Məhəmməd adı verilib. Qızlar arasında isə ən çox istifadə edilən ad “Emma” olub. 657 qıza bu ad qoyulub.
Qeyd edək ki, 2023-cü ildə Hollandiyada 721 oğlana Məhəmməd adı qoyulmuşdu. 2023-cü ildə “Məhəmməd" adı siyahıda ən çox verilən adlar arasında 2-ci yerdə qərarlaşmışdı.
Baxış sayı:120
Bu xəbər 06 Yanvar 2025 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















